Unibank sahibkarlar üçün yeni kart hazırladı
Unibank biznes sahiblərinə dəstək məqsədi ilə Albalı Biznes Kartını təqdim edir.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, Albalı Biznes Kartı mağazalarla distributor şirkətlər arasında ticarətin daha rahat və təhlükəsiz aparılmasına, operativliyin təmin olunmasına, dövriyyənin artırılmasına imkan yaradan, debet və kredit funksiyalarını özündə birləşdirən çox sərfəli bank kartıdır.
Albalı Biznes Kartının unikal üstünlüklərə malik olması və Unibank Business Mobile əlavəsinə qoşulmaq imkanı, günün istənilən vaxtı mağaza sahibinin və distributorun əməliyyatlar aparmasını və hesablarına nəzarət etməsini mümkün edir.
Albalı Biznes Kartı həm mağaza sahibləri, həm də distributor şirkətlərinə bir çox üstünlüklər verir:
Kart sahibləri üçün üstünlüklər:
-Güzəştli (faizsiz) kredit xətti imkanı;
-Günün istənilən saatı, istənilən yerdə distributorlara ödənişlərin əlavə sənədsiz və komissiyasız köçürülməsi;
-Ödənişdən dərhal sonra mağaza sahibi və ekspeditorun məlumatlandırılması;
-Unibank Business Mobile və İnternet bank xidmətinə qoşulmaqla ödənişlərə 24/7 nəzarət etmək imkanı;
-Büdcə ödənişlərini (DSMF/Vergi/Gömrük və digər) Albalı Biznes Kartdan Unibank Business Mobile vasitəsi ilə etməyin mümkünlüyü;
-Unibank-ın istənilən filialından, cash-inindən, E-manat ödəmə terminallarından karta şəxsi vəsaitin mədaxil imkanı;
-Mağaza sahibinin ödəmələri haqqında tarixçənin Unibank Business Mobile- də avtomatik formalaşması.
Distributor şirkətləri üçün üstünlüklər:
-Nağd pulların idarə edilməsi riskindən azad olma;
-Bank tərəfindən mağazalara verilən kredit xətti hesabına dövriyyənin artırılması və xərclərin optimallaşdırılması;
-Şəffaf Hesabat;
-Hesaba pulun anında daxil olması.
Ticarət obyekti sahibi bankın istənilən filialına cəmi bir dəfə gəlməklə Albalı Biznes kartını pulsuz ala bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















