Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank: Qərar sabah saat 11:00-da yayımlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank: Qərar sabah saat 11:00-da yayımlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 18 sentyabr 2024-cü il tarixində saat 11:00-da yayımlanacaqdır.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

XXX

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dərəcələri ilə bağlı növbəti qərarı 18 sentyabr 2024-cü il tarixində ictimaiyyətə açıqlanacaqdır.

Qeyd edək ki, 31 iyul 2024-cü il tarixində açıqlanamış qərara görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Qərar 1 avqust 2024-cü il tarixindən qüvvəyə minib.

Qeyd edilmişdi ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.

Mərkəzi Bank qeyd etmişdi ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Maydan başlayaraq Azərbaycanda illik inflyasiya sürətlənsə də, Mərkəzi Bankın hədəfi (2 faiz -6 faiz aralığı) daxilindədir. Bu səbəbdən növbəti iclasda da faizlərin dəyişməz saxlanılacağı ehtimalı yüksəkdir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin avqust ayına nisbətən 3,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 3 faiz, qeyri-qida məhsulları üzrə 1,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz yüksəlib. İllik inflyasiya avqustda 0 faiz, mayda 0,3 faiz, iyunda 1,1 faiz, iyulda isə 2,7 faiz təşkil etmişdi.

17.09.2024 10:13
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18