Dollar ucuzlaşır - Yanvar ayından bəri ən aşağı səviyyədədir
Bloomberg Dollar İndeksi yanvar ayından bəri ən aşağı səviyyədədir. Bloomberg dollar indeksi FED-in bu həftəki kritik iclası ərəfəsində aşağı düşür. Bir çox qurum FED-in faiz endirimi dövrünün dolların ucuzlaşmasına səbəb olacağını bildirir.ABŞ Mərkəzi Bankının (FED) bu həftə faiz dərəcələrini 0,50 faiz bəndi azaldacağına dair gözləntilərin artması fonunda dollar yanvar ayından bəri ən aşağı səviyyəsini görüb.
Marja.az xəbər verir ki, dünən Bloomberg Dollar İndeksi 0,4 faiz azalaraq yanvarın 12-dən bəri ən aşağı səviyyəyə düşüb. Bəzi valyutalar, xüsusən də Yapon yeni möhkəmlənib.
Swaplar keçən həftə federal maliyyələşdirmə dərəcəsində 0,50 faiz bəndi endiriminə qiymət verməsə də, bu həftə 0,50 faiz bəndi azalma ehtimalı təxminən 50 faiz səviyyəsindədir.
Dollar ötən ay bir çox mühüm valyutalar qarşısında dəyər itirib. Yapon yen yüksəlişini davam etdirib və 140 səviyyəsini aşıb.
Analitiklər bildirir ki, FED-in qarşıdan gələn endirim dövrü üçün hazırlıqları dollarda böyük sıxıntıya səbəb olacaq. Fed-in yumşaq pul siyasəti və gələn il maliyyələşdirmə dərəcəsini neytral səviyyəyə endirməsi ilə dollar tsiklik ucuzlaşmağa başlayacaq.
Bazarlar Fed rəsmilərinin 17-18 sentyabrda keçiriləcək iclasından əvvəl pərakəndə satış məlumatları da daxil olmaqla, bu həftə açıqlanacaq məlumatları da nəzərə alacağını gözləyir.
Bu həftə FED-in faizlərini azı 0,50 bənd azaldacağı gözlənilir.
Bazarlarda dolların daha da ucuzlaşacağı gözləntiləri var. Bloomberg-in apardığı sorğuya görə, gələn il avro, yen, Kanada və Avstraliya dollarının dollar qarşısında bahalaşacağı gözlənilir.
Bloomberg Dollar Spot Index (BBDXY) ABŞ valyutasının 10 qlobal valyutadan ibarət səbətin qarşısında performansını izləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























