“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb
Elmar İsrafilov 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edibDaxili İŞlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində “2024 Formula 1 Azərbaycan Qran-Prisi” yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilov saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, bu şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub. E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.
Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
“Bir daha qeyd edək ki, “Formula 1 Azərbaycan Qran-Prisi”ni canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələri tövsiyə olunur”, - deyə DİN-dən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 27 d. əvvəl
-
-
58 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)









.jpg)



