Neft bu qiymətə düşərsə devalvasiya ehtimalı yarana bilər
Azərbaycanın tədiyyə balansının tarazlığını saxlamaq üçün dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 40-45 ABŞ dolları olmalıdır.
Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
"Hazırda neftin qiyməti ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur", - deyə o qeyd edib.
XXX
Vurğulamaq lazımdır ki, neftin qiymətinin 40-45 ABŞ dollarına düşməsi dərhal devalvasiya baş verəcəyi demək deyil. Qiymətlər bu səviyyələrə düşərsə və uzun müddət bu səviyyələrdə qalarsa devalvasiya ehtimalı arta bilər.
Qeyd edək ki, tədiyyə balansı mənfi olarasa (kəsir) bu, devalvasiya ehtimalını artırır. Çünki idxalı məhdudlaşdırmaq və ölkədən valyuta axınını azaltmaq üçün Dolların bahalaşdırılması da tələb olunur.
İqtisadi ədəbiyyata görə, devalvasiya - ölkənin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün həyata keçirilən tədbirlərdən biridir. Başqa sözlə, devalvasiya bir tərəfdən ixracı təşviq edərək valyuta gəlirlərini artırmaq, digər tərəfdən ölkə daxilində idxal mallarına tələbi azaldaraq (idxal malları bahalaşdığı üçün) valyuta qənaəti təmin etmək məqsədlərini güdür. İxrac gəlirlərinin artması və idxalın azalması ilə cari əməliyyatlar balansının kəsiri aradan qaldırılır. Devalvasiyaya gedən ölkələr ixracada rəqabət üstünlüyü qazana bilirlər. Ancaq devalvasiyanın müsbət tərəfləri ilə bərabər mənfi tərəflərinin də olduğu mütəxəssislər tərəfindən vurğulanır. Yüksək xarici borca malik ölkələrdə, bu yükün daha da artması ilə nəticələnən devalvasiyanın, malları, o cümlədən avadanlıq və texnologiya idxalını daha bahalı edərək ölkədə qiymət artımının baş verməsinə səbəb olur. Ərzaq məhsullarının böyük bir hissəsini xaricdən idxal edən ölkələr devalvasiya nəticəsində məhsulları daha bahalı alımalı olurlar və nəticədə sosial problemlər də dərinləşir.
© "Report", "Marja"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Ən çox oxunanlar
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"





















