Naxçıvan Muxtar Respublikasında Hemodializ Mərkəzi yaradılıb
Böyrəklərin müxtəlif iltihabı, eləcə də bəzi irsi, infeksion, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, şəkərli diabetin və cərrahi müdaxilələrin ağırlaşmaları və bir sıra digər xəstəliklər çox vaxt kəskin və ya xroniki böyrək çatışmazlığı ilə nəticələnir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə terminal mərhələsi diaqnozu ilə hemodializ müalicəsi tətbiq olunur. Son vaxtlar bu xəstəliyə düçar olanların arasında kiçik yaşlı uşaqların da sayı artmaqdadır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetininin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Muxtar respublikada fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən hemodializ şöbələrinin fəaliyyətində nöqsanlar dializdən asılı olan , xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin səhhətinə təsir edirdi.
Muxtar respublikada səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması və əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması, həyata keçirilən ardıcıl, sistemli islahatların nəticəsi olaraq xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi yardımın yaxşılaşdırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının Hemodializ Mərkəzi” yaradılmışdır. Hemodializ xidmətinin yenidən təşkili adekvat səviyyəli personalla komplektləşdirmə, dializ parametrlərinin düzgün təyin olunması göstərilən tibbi xidmətin keyfiyyətini artırmaqla yanaşı , mövcud sahədə əziyyət çəkən vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradacaqdır. Həmçinin, mərkəzin yenidənqurulması və təmir olunması ilə yanaşı pasiyentlərə uzun seanslarda keyfiyyətli xidmət göstərməkçün qurğuya inteqrasiya olunmuş wifi və qulaqcıq girişli HD keyfiyyətli TV-si olan 47 ədəd 3 idarəetmə mühərrikli hemodializ kresloları, tibbi və texniki xüsusiyyətlərə malik ən son texnologiyaya uyğun istehsal olunmuş 33 ədəd hemodializ cihazları ilə təmin olunması üçün satınalma prosesləri davam etməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























