Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən dərc olunmuş statistik məlumatlar fonunda major valyutalar, xüsusi ilə avro və funt, dollar qarşısında öz mövqelərini qoruya biliblər. EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.1055, 1.3126 və 146.540 səviyyələrində ticarət olunurlar. Dollar indeksi 101.76 bənd səviyyəsində qərarlaşıb.
Bazar ertəsi günü verilən məlumatlara əsasən, Avrozonanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, yekun qiymətləndirməyə görə, iyul ayı ilə müqayisədə avqust ayında 45.6 bənd səviyyəsindən 45.8 bənd səviyyəsinə qədər artıb. Analitiklər göstəricinin 45.6 bənd səviyyəsində qalacağını proqnoz etmişdilər.
Həmçinin, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın sənaye sektorunda PMI 42.1 bənddən 42.4 bəndədək artıb. Ekspertlər göstəricinin 42.1 bənd səviyyəsində proqnozlaşdırırdılar.
Bugün ABŞ-da ölkənin Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi açıqlanacaq. Analitiklərin proqnozlarına əsasən, Amerikanın sənaye sektorunda PMI iyul ayı ilə müqayisədə avqust ayında 49.6 bənd səviyyəsindən 48 bənd səviyyəsinə qədər enib.
Həmçinin ABŞ-ın sənaye sektorununda PMI göstəricisi Amerika Təchizat İdarəetmə İnstitutu (ISM) tərəfindən də dərc olunacaq. Göstərici çərşənbə axşamı, sentyabrın 3-də, Bakı vaxtı ilə saat 18:00-da açıqlanacaq.
Əlavə olaraq, bugün Türkiyədə dərc olunacaq inflyasiyaya dair göstəricilər və İsveçrədə açıqlanacaq ölkə ÜDM-inə dair rəqəmlər bazar iştirakşılarının diqqət mərkəzində olacaq əsas hadisələrdəndir.
Məluma İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























