Qlobal bazarlarda son vəziyyət
Birjalalar, Federal Ehtiyyatlar Sisteminin bu ayın sonlarına doğru faiz endiriminə başlamasına hazırlaşarkən cümə günü açıqlanacaq olan avqust ayı əmək bazarı hesabatı, Amerikada Əmək günü səbəbilə qısa olacaq önümüzdəki həftə ərzində diqqət mərkəzində yer alacaq əsas məqamdır. Bu həftə, həmçinin, Kanada Mərkəzi Bankı növbəti faiz endirimini həyata keçirəcək. Səngiməyən geosiyasi risklər fonunda neft qiymətləri təzyiq altında qalmaqda davam edəcək.
“NFP” Hesabatı
FED-in son illərdə ilk dəfə faiz dərəcələrini azaltmağa hazırlaşdığı ərəfədə investorlar mərkəzi bankın nə qədər aqressiv hərəkət edə biləcəyinə dair ipuçları üçün diqqətlərini cümə günü avqust ayı əmək bazarı hesabatına yönəldəcəklər.
FED sədri Cerom Pavel, faiz dərəcələrini endirməyə başlamağın vaxtının çatdığına işarə etdi və bazar iştirakçılarının bir çoxu 17-18 sentyabr iclasında prosesin 25 baza bəndlik endirimlə başlayacağını ehtimal edirlər.
Əmək bazarında hər hansı bir zəifləmə əlaməti iyulun sonu-avqustun əvvəlində bazarları silkələyən tənəzzül ehtimalı ilə bağlı qorxuları yenidən alovlandıra bilər.
Cümə günü hesabatdan əvvəl, çərşənbə günü “JOLTS” Boş İşyerləri və Vakansiyalar Hesabatı təqdim ediləcək. Cümə axşamı ADP - Özəl Sektorda Yeni İşyerlərinin Sayı, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı açıqlanacaq.
Bazar həssaslığı
“Wall Street” şirkət səhmləri yüksəldi və “Dow Jones”, FED-in tezliklə faiz dərəcələrini endirəcəyi ehtimalları fonunda həftəni ardıcıl iki gün bahalaşaraq bütün zamanların ən yüksək həddində bağlandı.
Avqustun əvvəlində başlayan satışlardan sonra fond bazarları yenidən yüksəldi və rallinin genişləndiyini göstərən əlamətlər texnologiya şirkətlərinin səhmlərində konsentrasiyadan narahat olan investorlar üçün ümidverici bir siqnal olaraq görülür.
İnvestorlar həmçinin daha aşağı faiz dərəcələrindən faydalanacağı gözlənilən daha az üstünlük verilən qiyməti ucuz olan səhmlərə və kiçik şirkətlərə investisiya edirlər.
“Bank of America” analitiklərinin fikrincə, tarixən sentyabr və oktyabr ayları səhmlər üçün dəyişkən aylar ola bilər və iqtisadi məlumatlarda hər hansı sürprizlər bazarda yeni şoklara səbəb ola bilər.
Kanada Mərkəzi Bankı yenidən faiz dərəcələrini aşağı salacaq
Çərşənbə günü toplanacaq Kanada Mərkəzi Bankının (BoC) ardıcıl üçüncü faiz endirimini edəcəyi gözlənilir.
Bank iyun ayından bu yana iki cəhddə, ümumilikdə “benchmark” faiz dərəcəsini 4.5%-ə endirib və bazarlar indi sentyabrdan sonra bu il daha iki faiz endirimi gözləyir.
Ötən həftənin cümə günü açıqlanan məlumatlar, Kanada iqtisadiyyatının ikinci rübdə gözləniləndən bir qədər daha sürətli böyüdüyünü, lakin böyümənin iyun ayında sabit qaldığını və ilkin proqnozların iyul ayında da artım göstərmədiyini ortaya qoydu.
BoC Qubernatoru Tiff Maklem, bankın iyuldan sonra inflyasiya ilə mübarizə aparmaqdansa, diqqətini iqtisadiyyatın stimullaşdırılmasına yönəldəcəyinə işarə etdi.
EUR
Ötən həftəyə 1.1190 səviyyəsində start verən EURUSD məzənnəsi 1.1200 həddinə kimi bahalaşdı. Amma, Amerikada proqnozların üzərində açıqlanan ÜDM və inflyasiya gösətricilərindən sonra, avro, qüvvətlənən dollar qarşısında 1.1045 həddinə kimi ucuzlaşdı və həftəlik şamını bu səviyyədə bağladı.
“Buğalar” qiyməti 1.10$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Qeyd edək ki, cari həftə ərzində Almaniyada və Avrozonada açıqlanacaq sənaye və xidmət sektorlarında PMİ rəqəmləri və Avrozonada ÜDM-in həcminə dair göstəricilər EURUSD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Keçən həftəyə 1.32$ səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.3265 səviyyəsinə kimi bahalaşsa da, burada müqavimətlə üzləşərək ucuzlaşdı və həftəlik şamını 1.3120 səviyyəsində tamamladı. “Buğalar” qiyməti 1.32$ həddinin üzərinə qaytara və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Neft qiymətləri təzyiq altında
Neft qiymətləri həftəni enişlə bağladı və oktyabr ayından etibarən “OPEC+”-n hasilatı artıracağına dair ehtimallar çoxaldığı üçün aylıq müqayisədə böyük itkilər yaşadı.
Cümə günü “Brent” markalı neftin oktyabr fyuçersləri həftə ərzində 0.3%, ay ərzində isə 2.4% və ya başqa cür desək, 1.14 dollar/barel azalaraq 78.80$ təşkil edib.
ABŞ-ın “West Texas Intermediate” (WTI) xam neft fyuçersləri 2.36$ azalaraq 73.55$-a düşüb.
Cümə günü açıqlanan güclü istehlakçı xərcləri məlumatı daha sürətli genişlənmə tempinə qarşı bir nəticə göstərdiyi üçün FED-dən gözlənilən faiz dərəcələrinin azaldılması ilə bağlı qeyri-müəyyənlikləri də ağırlaşıb. Analitiklər hesab edirlər ki, aşağı faiz dərəcələri iqtisadi artımı və neftə tələbi artıra bilər.
Ötən həftəyə 79.65$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK), 77.80$-a kimi ucuzlaşdı və həftəni 78.10$-da başa vurdu.
XAU/USD
Artan təhlükəsizlik riskləri, siyasi və iqtisadi qeyri-sabitlik dövründə ənənəvi “güvənli liman” olaraq görülən qızıl artım tendensiyasını davam etdirir.
Yaxın Şərqdə davam edən gərginlik və ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik də qızılın bahalaşmasına səbəb olub. Bundan əlavə, ABŞ-ın faiz dərəcələrini aşağı salacağı gözləntiləri dollara təzyiq edərək, ABŞ valyutası ilə mənfi korellasiyaya malik olan qızılı daha cəlbedici edir.
Keçən həftəyə 2511$ həddində start verən qızıl həftə ərzində 2529$-a kimi bahalaşdı. Burada “ayılar”-ın müqaviməti qarşılaşaraq ucuzlaşan qiymətli metal həftəlik şamını 2503$ həddində bağladı. “Buğalar” qiyməti 2500$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
-
1 saat əvvəl
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
-
1 saat əvvəl
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
-
1 saat əvvəl
İyunun 30-nun hava proqnozu - yağış yağacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bu ilin sonuna qədər kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
"AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb"
"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"
Ən çox oxunanlar
"Bank olmaq istəməyən fintex, fintex deyil"
Rabitəbankdan 33 illik yubileyinə özəl
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi


























