Azərbaycan Almaniya şirkətilə yaşıl hidrogenin istehsalı və ixracını müzakirə edib
Energetika Nazirliyində Almaniyanın “Uniper” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Energetika nazirinin müavini Elnur Soltanovun iştirakı ilə keçirilən görüşdə mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Qaz təchizatı, enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi, enerji səmərəliliyi, enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıq və perspektiv imkanlar müzakirə edilib. Ölkəmizdə yaşıl enerji zonalarının yaradılması, yaşıl enerji potensialı, istehsalı və ixracı məsələlərindən bəhs olunub, bu il ölkəmizdə keçiriləcək COP29 tədbiri çərçivəsində Azərbaycanın yaşıl enerji sahəsi üzrə hədəflədiyi planlar və təşəbbüslər barədə məlumat verilib.
Müzakirə zamanı yaşıl hidrogenin istehsalı və ixracı sahəsinin inkişafı məsələləri nəzərdən keçirilib, yaşıl hidrogenin istehsalı və saxlanılması, eləcə də mavi hidrogen texnologiyalarının genişləndirilməsi sahəsində əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin əməkdaşlıqdan irəli gələn və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər verdiyimiz kimi, 28 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Uniper Se”nin İdarə Heyətinin üzvü və baş kommersiya direktoru Karsten Poppinqa ilə görüşüb. Görüşdə SOCAR və “Uniper” şirkəti arasında enerji biznesi ilə bağlı geniş spektrli mövzular üzrə mövcud strateji tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Söhbət zamanı şirkətlər arasında “Şahdəniz” yatağından hasil edilən təbii qazın alqı-satqısı üzrə sazişin uğurla həyata keçirildiyi vurğulanıb və qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Tərəflər neft-qaz sektoru ilə yanaşı, enerji keçidi, enerji səmərəliliyinin artırılması sahələrində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
2 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
7 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























