Kanada Çinin elektrik avtomobillərinə 100 faiz vergi tətbiq etməyi planlaşdırır
Kanada Çinin elektrik avtomobillərinə 100 faiz vergi tətbiq etməyi planlaşdırır. Bundan əlavə, Çindən gələn polad və alüminium məhsullarına 25 faizlik gömrük rüsumunun tətbiqi də nəzərdə tutulur.Kanada hökuməti tezliklə Çindən ölkəyə idxal olunan elektrik avtomobillərinə 100%, polad və alüminiuma isə 25% tariflər tətbiq edəcək.
Marja xəbər verir ki, bunu Baş nazir Kastin Trüdo jurnalistlərə açıqlamasında bildirib.
"Biz tezliklə Çin istehsalı olan elektrik avtomobillərinə 100%, Çin polad və alüminiumuna isə 25% tariflər tətbiq edəcəyik", - deyə baş nazir bildirib.
Trüdo izah etdi ki, bu tədbirlər Kanadanın maraqlarını qorumaq üçün tətbiq edilir, çünki "Çin digər ölkələrlə eyni qaydalarla oynamır".
Kanada hökuməti Baş nazirin çıxışından sonra yaydığı bəyanatda, Çinin elektrik avtomobillərinin, o cümlədən yük maşınlarının və avtobusların idxalına tariflərin oktyabrın 1-dən, polad və alüminiuma isə oktyabrın 15-dən etibarən tətbiq ediləcəyini açıqlayıb.
XXX
Kanada Çin istehsalı olan elektrik avtomobillərə, alüminium və polada yeni tariflər tətbiq etməyi planlaşdırır.
Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, Kanada hökuməti elektromobillərə 100 faiz, polad və alüminiuma isə 25 faiz vergi tətbiq etməyi planlaşdırır.
Kanadanın baş naziri Kastin Trüdonun bu qərarı Nazirlər Kabinetinin iclasında açıqlayacağı gözlənilir.
Əsasən ABŞ ilə ticarətə söykənən bir iqtisadiyyat olan Kanada, Bayden administrasiyasının Çinin elektrik avtomobillərinə, batareyalarına, günəş batareyalarına, polad və digər məhsullarına daha yüksək tarif tətbiq üçün atdığı addımları yaxından izləyir.
Kanadanın avtomobil sənayesi ən yaxın qonşusu ilə yüksək dərəcədə inteqrasiya olunub: Keçən il 1,5 milyon ədəd yüngül avtomobil istehsalının böyük əksəriyyəti ABŞ-a ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
2 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 5 d. əvvəl
- 10 d. əvvəl
- 15 d. əvvəl
- 23 d. əvvəl
- 43 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib




.jpg)










.jpg)





