Azərbaycanlılar tərəfindən qurulmuş innovativ maliyyə texnologiyası
İnvestorlarla borcalanları bir araya gətirən və maliyyə xidmətləri sənayesində inqilab etməyi hədəfləyən platforma!
“Maliyya”, Azərbaycanlılar tərəfindən qurulmuş innovativ maliyyə texnologiyası (fintech) startap-ı Dubay Beynəlxalq Maliyyə Mərkəzinin (DIFC) Fintech Hive Biznes Akseleratorunun ilk qrupuna seçilmişdir. Bu barədə “Marja”ya texnologiyanın yaradıcıları bildirib.
Qeyd edilib ki, Fintech Hive regionun ilk maliyyə texnologiyaları akseleratorudur. “Maliyya” startap-ı İslam prinsiplərinə əsasən investorlarla borcalanları bir araya gətirən və maliyyə xidmətləri sənayesində inqilab etməyi hədəfləyən platformadır.
“Maliyya” startap-ı 30 ölkəni təmsil edən 100-dən çox startap arasından dan seçilmiş 11 startap-dan biridir. Seçim beynəlxalq konsultant şirkəti olan Accenture, Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DIFC) və partnyor maliyyə qurumları tərəfindən bu meyarlara əsasən aparılmışdır: təklif edilən innovasiyanın unikallığı, bazarda müəyyən bir boşluğu doldurması və sənayenin və istehlakçıların ehtiyaclarını ödəməsi.
Akselerator proqramı Accenture şirkəti ilə bərabər həyata keçirilməklə regionun maliyyə xidmətləri sənayesinin ehtiyaclarını ödəmək üçün yeni nəsil texnoloqgiya liderlərini və sahibkarları bir araya gətirir. Proqram 2017-c il Avqust ayının 21-də balşayır və 3 ay müddətində dünyanının aparıcı beynəlxalq və yerli maliyyə qurumları, texnologiya və hüquq şirkətləri tərəfindən startap-lara sıx texniki və məsləhət dəstəyini təmin edir. “Maliyya” startup-i VİSA, CITI Bank, Standard Chartered, Dubay İslam İqtisadiyyatını İnkişaf Mərkəzi, Dubay Islam Bankı, Abu Dabi İslam Bankı, HSBC, Maşreq Bankı, Rakbank, Emirates National Bank, İBM, Facebook, Legal Support, Simons&Simons, Clyde & Co, və.s. aparıcı şirkətlər tərəfindən bu müddət ərzində dəstəklənəcəkdir.
Maliyya startap-ı Ramil Məhərrəmov və Cəfər Babayev tərəfindən təsis edilmişdir.Hər iki təsisçi ABŞ və Avropanın aparıcı biznes məktəblərində təhsil almışlar. Onların mencement konsaltinq, investisiyaların idarəedilməsi, hüquqi məsləhət, İslam Bankçılığı, strategi idarəetmə və biznesin inkişafı üzrə 30 ildən çox təcrübələri vardır.
Əlavə məlumat üçün aşağıdakı veb resurslara müraciət edə bilərsiniz:
https://twitter.com/FintechHiveDIFC
https://www.facebook.com/maliyyaofficial
https://twitter.com/maliyyaofficial
Email: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























