"AKABE" şirkəti ləğv edilir
"AKABE" ASC-in Ümumi Yığıncağı 09 avqust 2024-cü il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.
Marja.az Şirkətin bildirişinə istinadən xəbər verir ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Bakı, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev.12 ünvana bildirə bilərlər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.
Dövlət Vergi Xidmətinin sistemində mövcud olan məlumata görə, 4 min manat nizamnamə kapitalı olan "AKABE" ASC-nin İdarə Heyətinin sədri Səməd Hacıyevir. Şirkətin ləğvedicisi Anar Quliyevdir.
Ləğv edilən hüquqi şəxs "Akabe" MMC deyil, "Akabe" ASC-dir
"Akabe" mağazalarını (Akabe Inshaat) idarə edən "Akabe" MMC şirkəti (VÖEN: 1400142861) fəaliyyətini davam etdirir. Ləğv edilən şirkət - uzun müddətdir fəaliyyəti olmayan "Akabe" ASC-dir.
Bu barədə Marja.az-a "Akabe" MMC şirkətindən bildirilib.
Qeyd edilib ki, "Akabe" ASC-nin ləğv edilməsi barədə bildiriş "Akabe" MMC-nin müştəriləri və tərəfdaşları arasında narahatlığa səbəb olub: ""Akabe" MMC və mağazaları fəaliyyətini davam etdirir, müştərilərin və tərəfdaşların narahatlığına əsas yoxdur".
"Akabe" MMC-nin də hüquqi ünvanı Bakı, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev.12-dir. 11 min 137 manat nizamnamə kapitalı olan "Akabe" MMC şirkətinin direktoru Nəcəfzadə İlqar Hüsəməddin oğludur.
"Akabe" MMC inşaat materiallarının istehsalı və satışı fəaliyyətləri ilə məşğul olur. Şirkət Avropa və Asiyanın Kutahya, Etili, Seramiksan, Huayi, Cleanox, Duravit, Hansgrohe, Grohe, Artemis, Turkuaz, Pars Tile, Mercan Seramik, Adell Banyo, Armadi Art, Badella, Laufen, Ph Dizayn kimi tanınmış brendlərin Azərbaycandakı rəsmi distribyutorudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






