Gələn həftə FED sədrinin mərkəzi bank rəhbərlərinin illik toplantısında çıxışı gözlənilir
FED sədri Jerome Powell 23 avqust Cümə günü Jackson Hole-da iqtisadi vəziyyətlə bağlı açıqlamalar verəcək.ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauell (Jerome Powell), "Kansas City Fed" tərəfindən Jackson Hole-da keçiriləcək mərkəzi bank rəhbərlərinin illik simpoziumunun ilk günü, 23 Avqustda, Cümə günü iqtisadi vəziyyətlə bağlı açıqlamalar verəcək.
Marja xəbər verir ki, qlobal mərkəzi bank rəhbərlərinin illik toplantısı ABŞ-ın iqtisadi trayektoriyasının və pul siyasətinin perspektivlərinin yeni qiymətləndirilməsi üçün bir şans təqdim edir. Keçən ay Pauell demişdi ki, inflyasiya və məşğulluq bazarı "soyumağa" davam edərsə, FED-in növbəti iclasında faiz endirilməsi masada ola bilər.
FED, iqtisadi artımı yavaşlatmaq və inflyasiya üzərində aşağı istiqamətli təzyiqi saxlamaq üçün bir ildən artıqdır ki, pul siyasəti faizini 5,25-5,50 faiz aralığında saxlayıb.
Bu ayın əvvəlində zəif əmək bazarı məlumatları investorlar arasında, FED-in sentyabr ayında faiz dərəcələrini yarım faiz bəndi (0,50) azaltması lazım ola biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Pərakəndə satış məlumatı da inflyasiyanın azaldığını, lakin iqtisadiyyatın çökməkdən uzaq olduğunu göstərib. İndi investorlar FED-in gələn ay borclanma xərclərini 0,25 faiz bəndi azaldacağını gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 16 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























