Azərbaycanda inflyasiya sürətlənib
Azərbaycanda illik inflyasiyanın tempi 1,1 faizdən 2,7 faizə sürətlənib.Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin iyul ayına nisbətən 2,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,3 faiz artıb. 2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz qalxıb.
2024-cü ilin iyul ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz artıb, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,3 faiz azalıb.
Xatırladaq ki, 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 1,1 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2 faiz, qeyriqida məhsulları üzrə 1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,4 faiz artmışdı. 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz azalmış, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz yüksəlmişdi.
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın, ucuzlaşma isə günəbaxan və qarğıdalı yağlarının, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, çiyələyin, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kartofun, soğanın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2024-cü ilin iyul ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,8 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artıb.
İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma “Aİ92” markalı avtomobil benzininin, dizel yanacağının, zərgərlik məmulatlarının, ucuzlaşma isə “Aİ-95” markalı avtomobil benzininin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2024-cü ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz artıb. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən bərk məişət tullantılarının daşınması, metro, avtobus və taksi nəqliyyatı ilə sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
10 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 12 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub























