Yeni “Tələbə+” kartı təqdim ediləcək - Memorandum imzalandı
Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” şirkəti arasında memorandum imzalandı(®) Korporativ Sosial Məsuliyyət strategiyasına əsasən hər zaman təhsilin inkişafına dəstək məqsədilə keçirilən layihələrdə yer alan Kapital Bank daha bir təşəbbüslə yadda qalıb. Belə ki, ötən gün Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında memorandum imzalanıb.
Sənədi Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Visa” şirkətinin Azərbaycan üzrə ölkə meneceri, Baş direktor Nurlan Hacıyev imzalayıblar.
Memoranduma əsasən tələbələrə yeni “Tələbə+” kartı təqdim ediləcək. Bu kartla tələbələr sosial layihələrdə iştirak etmək, yüzlərlə partnyor mağazalarında endirimlərdən yararlanmaq və Birbank mobil tətbiqində kart xərclərinə nəzarət etmək fürsəti əldə edəcəklər. Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə ilə bağlı gözləntilər olduqca böyükdür.
Bu haqda bankın rəsmisi Fərid Hidayətzadə çıxışında da qeyd edib: “Kapital Bank olaraq bu təşəbbüsə imza atmaqla bir daha təhsilin və gənc nəslin inkişafında maraqlı olduğumuzu ifadə edirik. Ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq bu kimi layihələrlə biz həm də əmək bazarına investisiya etmiş oluruq. Biz yaxşı bilirik ki, bu günün təhsilli gəncləri, gələcəyin peşəkar mütəxəssisləridir. Müasir dövrdə isə istənilən sahədə, xüsusən də bank sektorunda bilikli mütəxəssislərə ehtiyac var. Biz bu gün investisiya etdiyimiz hər bir gənci gələcək həmkarımız kimi dəyərləndiririk”.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu tərəfdaşlığın tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqini təmin etmək məqsədi daşıdığını qeyd edib.
Nurlan Hacıyev isə şirkət olaraq layihənin bir hissəsi olmaqdan məmnun olduqlarını və bütün tələbələri əhatə edəcək layihənin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, “Tələbə+” kartının avantajları, tələbələrə yaratdığı imkanlar və digər xüsusiyyətləri haqqında ən qısa zamanda məlumat veriləcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























