“Bakı KOB evi”ndə gömrük anbarı yaradılıb
KOB subyektlərinin işini asanlaşdıran təşəbbüs – “Bakı KOB evi”ndə gömrük fəaliyyətiİdxal sahəsində KOB subyektlərinin işinin daha da asanlaşdırılması məqsədilə “Bakı KOB evi”ndə “KOB gömrük anbarı” yaradılıb.
Bakı Baş Gömrük İdarəsi və Hava Limanı vasitəsilə ölkəyə gətirilən mallar üçün KOB subyektləri bu anbarın imkanlarından istifadə edə bilərlər. Anbar 1350 kvadrat metr ərazini əhatə edir. Anbarda KOB subyektlərinin kiçik həcmli malları saxlanılır və “Bakı KOB evi”ndə gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
“KOB gömrük anbarı” KOB-ların mallarının operativ şəkildə rəsmiləşdirilməsi, bu sahədə fəaliyyətin sürətləndirilməsi və daha da asanlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşəbbüsü ilə yaradılıb.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov anbarın fəaliyyəti ilə tanış olublar.
Dövlət Gömrük Komitəsinin rəhbərliyi “Bakı KOB evi”ndə gömrük təmsilçiləri, logistika şirkətləri və idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlarla görüşüb, müvafiq sahədə fikir mübadiləsi aparıblar. Həmçinin, Dövlət Gömrük Komitəsinin rəhbərliyi “Bakı KOB evi”nin Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin xidməti pəncərələrinin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, “Bakı KOB evi”ndə fəaliyyət göstərən Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur. Bu, idxal-ixrac əməliyyatları üzrə sahibkarların vahid mərkəzdən lazımi xidmətləri almasına, bununla da vaxt və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.
XXX
İdxal üzrə KOB-ların işinin asanlaşdırılması və sürətləndirilməsi üçün Dövlət Gömrük Komitəsi və KOBİA-nın təşəbbüsü ilə "Bakı KOB evi"ndə KOB gömrük anbarı yaradılıb.
Marja xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Orxan Məmmədov Komitə sədri Şahin Bağırov ilə birgə anbarla tanış olublar, logistika sahəsində fəaliyyət gostərən sahibkarları dinləyiblər.
Qeyd edək ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və “B2B” xidmətlər göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Avropadan Azərbaycan vətəndaşının kartına sürətli və sərfəli pul köçürmələri mümkün oldu
-
9 d. əvvəl
İri şəbəkə yenidən işçilər yığır - İş təcrübəsi, təhsil vacib deyil
- 10 saat əvvəl
-
11 saat əvvəl
2025-ci ilin sonunda Azərbaycanın dövlət borcu 30 milyard manata yaxınlaşacaq
-
11 saat əvvəl
Gələn il dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərclənəcək
-
11 saat əvvəl
Azərbaycan gələn il 3 milyard manata yaxın borc alacaq, 2 milyard manatdan çox borc qaytaracaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan hökumətinin 2029-cu ildək Dollar/Manat məzənnəsi üzrə proqnozu məlum oldu
-
12 saat əvvəl
2025-ci ildə dövlət büdcəsinin ilkin göstəriciləri açıqlandı
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bişkek Azərbaycana neft emalı üzrə uzunmüddətli müqavilə imzalamağı təklif edib
-
13 saat əvvəl
Hər 500 manat borca, 10 manat xidmət haqqı - YENİ KREDİT KARTI