Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Meta-nın gəliri və mənfəəti artıb

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” bu ilin ikinci rübündə gəlirini 22 faiz, xalis mənfəətini isə 73 faiz artırıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Meta-nın gəliri və mənfəəti artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Meta bu ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.

Marja xəbər verir ki, müvafiq olaraq, şirkətin bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 39,1 milyard dollara çatıb. Meta ötən ilin eyni dövründə 31,9 milyard dollar gəlir əldə etmişdi.

Reklam_3_11

Şirkətin gəliri ilə bağlı bazar proqnozu 38,3 milyard dollar idi.

Meta-nın xalis mənfəəti bu ilin ikinci rübündə 73 faiz artaraq 13,5 milyard dollar təşkil edib. Şirkət ötən ilin eyni dövründə 7,8 milyard dollar mənfəət açıqlamışdı.

Şirkətin 2023-cü ilin ikinci rübündə 2,98 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 5,16 dollara yüksəlib. Metanın səhm üzrə qazancının 4,73 dollar olacağı gözlənilirdi.

Şirkət ilin üçüncü rübündə 38,5 milyard dollardan 41 milyard dollara qədər gəlir gözlədiyini bildirib. 

Meta-nın baş icraçı direktoru Mark Zukerberq şirkətin maliyyə nəticələrini qiymətləndirərkən, "İkinci rüb bizim üçün güclü oldu və Meta AI ilin sonuna qədər dünyada ən çox istifadə edilən süni intellekt köməkçisi olmaq yolundadır" deyib.

01.08.2024 15:40

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ