Kanada Mərkəzi Bankı faiz dərəcəsini endirib
Ardıcıl ikinci iclasda Kanada Mərkəzi Bankı (BoC) pul siyasəti faizini 0,25 faiz bəndi azaldaraq 4,5 faizə endirib.
Marja xəbər verir ki, Bankın yayıdığı açıqlamada, geniş inflyasiya təzyiqlərinin azaldığı qeyd edilib.
Məlumatda ümumi qiymət təzyiqlərinin azalmağa davam etdiyi və inflyasiyanın 2 faizə yaxınlaşması gözlənildiyi üçün faizin daha 0,25 faiz bəndi azaldılmasına qərar verildiyi və 4,5 faizə endirildiyi bildirilib.
Açıqlamada iqtisadiyyatın bəzi mühüm sahələrində, xüsusən də mənzil və bəzi digər xidmət sahələrində qiymət təzyiqlərinin inflyasiyanı yüksəltdiyi və bu qüvvələrin diqqətlə izləndiyi bildirilib.
Bankın açıqlamasında vurğulanıb ki, pul siyasəti ilə bağlı qərarlar gələcək məlumatların və onların inflyasiya proqnozuna təsirinin qiymətləndirilməsi əsasında veriləcək.
İyun ayında BoC faizini 5 faizdən 4,75 faizə endirərək 4 ildə ilk faiz endirimini edib.
Bank G7 ölkələri arasında inflyasiyanı cilovlamaq üçün aqressiv faiz artımından sonra yumşaldıcı siyasətə başlayan ilk mərkəzi bank olub.
Kanadada inflyasiya 2022-ci ildə 8,1 faizlə son 40 ilin ən yüksək səviyyəsinə çatmış və BoC inflyasiyanı hədəfə qaytarmaq üçün 2022-ci ilin martından sonra faiz dərəcələrini 10 dəfə artırmışdı.
Sonuncu dəfə 2023-cü ilin iyul ayında keçirilən iclasında faiz dərəcələrini artıran BoC, faizini 22 ilin ən yüksək səviyyəsi olan 5 faizə qaldırmışdı.
Ötən ilin sentyabr, oktyabr və dekabr aylarında uçot dərəcəsini dəyişməyən bank, bu ilin yanvar, mart və aprel aylarında keçirdiyi iclaslarda da uçot dərəcəsini sabit saxlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
-
4 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























