“Air Serbiya”nın Cənubi Qafqazda ilk istiqamətlərindən biri Bakı olacaq
Bakıda iyulun 25-də Azərbaycan və Serbiya Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.
İclasda iqtisadi məsələlər bloku, o cümlədən nəqliyyat, ticarət, enerji, eləcə də mədəni və digər humanitar əlaqələrin inkişafı müzakirə olunacaq.
Komissiyanın iclası ərəfəsində Serbiya tərəfdən həmsədr, ölkənin mədəniyyət naziri Nikola Selakoviç “Report”a müsahibəsində iki ölkə arasında münasibətlərin inkişaf tendensiyalarından danışıb.
Nazir qeyd edib ki, Hökumətlərarası Komissiyanın 8-ci iclasında tikinti, infrastruktur, nəqliyyat, ticarət, investisiya, kənd təsərrüfatı, enegetika, səhiyyə, təhsil, mədəniyyət, turizm və gənclər sahələrində, eləcə də çoxlu sayda mühüm təşəbbüs və layihələr həyata keçirilməklə əmək, sosial müdafiə və əlilliyi olan şəxslərin vəziyyətinin yaxşılaşdırılması sahəsində əməkdaşlığımızın inkişafı planını özündə əks etdirən protokol imzalayacaq.
İki ölkə arasında aviasiya əlaqələrinə toxunan Serbiya tərəfindən həmsədr bildirib ki, “Air Serbia” milli aviaşirkəti Cənubi Qafqaz regionunda fəaliyyətini genişləndirməyi planlaşdırır:
“Dövlətlər və insanlar arasında beynəlxalq əlaqələr üçün hava nəqliyyatının ümumi əhəmiyyətini nəzərə alsaq, Bakı ilk istiqamətlərdən biri olacaq. Bakı və Belqrad həm də hər iki ölkə vətəndaşlarının başqa istiqamətlərdə səyahət etmələri üçün tranzit məntəqəsi rolunu oynaya bilərlər”.
O qeyd edib ki, Belqraddan Bakıya uçuş məsafəsini və müddətini nəzərə alınsa, birbaşa marşrutun yaradılması əlavə imkanlar açacaq.
“Texniki komponenti nəzərə alaraq, Belqraddan Bakıya birbaşa aviareysin açılması məsələsinə 2026-cı ilin əvvəlində baxıla bilər. Bundan əlavə, əgər Azərbaycan aviadaşıyıcıları Belqrada reyslərin yaradılmasında maraqlı olarsa, “Air Serbia” kod mübadiləsi vasitəsilə əməkdaşlıq qurmaqla bu təşəbbüsü açıq şəkildə dəstəkləməyə hazırdır”, - nazir deyib.
Azərbaycanla Serbiya arasında təbii qaz sahəsində əməkdaşlıq barəsində danışan N.Selakoviç vurğulayıb ki, qiymətləndirmələrə görə, Serbiyada təbii qaz istehlakı onilliyin sonuna qədər əhəmiyyətli dərəcədə artacaq, ona görə də rəsmi Belqrad qonşu ölkələrlə qaz kəmərlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini etiraf edib:
“2023-cü ilin dekabrında Serbiya-Bolqarıstan qaz kəmərinin tikintisi başa çatdıqdan və prezidentlər Aleksandr Vuçiç və İlham Əliyevin iştirakı ilə sınaq istismarına başlandıqdan sonra biz Yunanıstan-Bolqarıstan qaz kəməri vasitəsilə Cənub Qaz Dəhlizinə (SGC) qoşula bildik”.
O bildirib ki, SGC-yə qoşulmaqla Serbiya qaz təchizatı marşrutlarını şaxələndirir və Xəzər dənizi və Yaxın Şərqdən resurslara, eləcə də Yunanıstanın Aleksandrupolis limanındakı LNG (mayeləşdirilmiş təbii qaz) terminalına çıxış əldə edir.
Həmsədr Serbiya şirkətlərinin Qarabağda yenidənqurma işlərində iştirak etmək istədiyini də deyib:
“Serbiyanın tikinti şirkətləri Qarabağın yenidən qurulması layihələrində iştirak etməkdə maraqlıdır. Bu məsələnin həllinə ən səmərəli yanaşma həyata keçirilmək üçün təklif olunan konkret layihələrin nəzərdən keçirilməsidir və həmin layihələr Serbiya şirkətləri ilə müzakirə oluna bilər”.
© APA
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
2 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
7 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























