Qolab bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı baş verən hadisələrin fonunda dollar major valyutalar qarşısında, o cümlədən avro və yen qarşısında dəyər itirir. EUR/USD, GBP/USD VƏ USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0888, 1.2925 və 156.410 səviyyələrində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.08% geriləyərək 104.23 bənd təşkil edib.
Amerikada qarşıdan gələn prezident seçkiləri ilə bağlı baş verənlər fonunda investorlar ehtiyatlı davranırlar. Bazar günü hazırkı prezident Co Bayden ikinci müddətə namizəd olmayacağını açıqlayıb və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. Harris daha əvvəl Demokratların prezidentliyə namizədi olmaq üçün kifayət qədər dəstək əldə etdiyini açıqlamışdı.
Analitiklərin fikrincə Baydenin prezidentlik yarışından geri çəkilmək qərarı 2024-cü ilin onsuz da qeyri-sabit geosiyasi mənzərəsinə daha çox qeyri-müəyyənlik əlavə edir.
İnvestorlar həmçinin cümə axşamı günü ABŞ-da ikinci rüb üzrə ÜDM-in ilk təxmininin açıqlanmasını gözləyirlər. Analitiklər proqnoz edirlər ki, ölkə iqtisadiyyatı birinci rübdə 1.4% artdıqdan sonra aprel-iyun aylarında illik müqayisədə 1.9% böyüyüb (ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa).
Dərc olunacaq statistik göstəricilər ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasəti ilə bağlı proqnozlara təsir edə bilər. Qeyd etmək lazımdır ki, analitiklərin əksəriyyəti (91%) FED-in sentyabr ayında uçot dərəcəsini indiki 5.25-5.5%-dən illik 5-5.25%-ə qədər endirəcəyini ehtimal edirlər.
Həmçinin, analitiklərin məlumatlarına əsasən, iyun ayında ABŞ-da Təkrar Mənzil Bazarında Satışların Həcmi may ayındaki 4.11 milyondan 3.99 milyona qədər azalıb. Müvafiq göstərici Milli Rieltorlar Assosiasiyası (NAR) tərəfindən çərşənbə axşamı günü, iyulun 23-də, Bakı vaxtı ilə saat 18:00-da dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
-
2 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























