Türkiyə Mərkəzi Bank bu gün faiz qərarını açıqlayacaq
Türkiyə Mərkəzi Bankı bu gün faiz qərarını açıqlayacaq. Bank əvvəlki iclasda dərəcəsini 50 faiz səviyyəsində sabit saxlamışdı. İqtisadçılar faizin bu ay 50 faiz səviyyəsində sabit qalacağına əmindirlər.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi bu gün Mərkəzi Bankın sədri Fatih Karahanın sədrliyi ilə toplanacaq və Bakı vaxtı ilə saat 15.00-da faiz qərarı açıqlanacaq.
Marja xəbər verir ki, iclas Braziliyada keçiriləcək G20 Maliyyə nazirləri-Mərkəzi Bank rəhbərləri görüşü ilə əlaqədar olaraq 2 gün önə çəkilib.
TCMB ötən ay keçirilən iclasda pul siyasəti faizini 50 faiz səviyyəsində sabit saxlayıb. İqtisadçılar siyasət faizinin bu ay da 50 faiz səviyyəsində sabit qalacağına əmindirlər.
İlin sonuna qədər ilk faiz endirimi gözləntiləri davam edir.
Mərkəzi Bankın İdarə Heyəətinin ən mühüm mövzularından biri bazarda türk lirəsinin bahalaşması olacaq. Bildirilir ki, TCMB bazardakı izafi likvidliyin geri çəkilməsi üçün yeni addımlar ata bilər.
Bu məqamda faiz dəhlizi ilə bağlı qərarın verilə biləcəyi bildirilir.
Türkiyə üçün inflyasiya gözləntiləri azalmaqda davam edir. Bazar iştirakçılarının ilin sonuna inflyasiya proqnozu 43,52 faizdən 42,95 faizə düşüb. İyul ayı üçün proqnoz 2,41 faizdən 2,77 faizə yüksəlib.
Türkiyə vətəndaşlarının ilin sonuna inflyasiya proqnozu 90 faizdən yuxarıdır. TCMB-nin 2024-cü il üçün inflyasiya proqnozu 38 faiz olaraq müəyyən edilib. İyun ayında inflyasiya aylıq müqayisədə 1,64 faiz artıb. İllik inflyasiya 71,6 faiz təşkil edib.
Bakı vaxtı ilə saat 08:40-da ABŞ Dolları/Türk Liləri məzənnəsi 32,93 lirə səviyyəsində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 14 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























