Taxıl sahələrinin 90 faizində biçin yekunlaşıb, 2,8 milyon ton məhsul yığılıb
Bugünədək ölkə üzrə 907 845 hektar sahədə biçin aparılıbRespublikada taxıl biçini prosesi yekunlaşmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyulun 22-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 90 faizində biçin prosesi başa çatıb. Mexanizatorlar tərəfindən 907 845 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 2 795 112 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.
Ölkə üzrə arpa əkini sahələrinin 96,9 faizində, buğda sahələrinin 84,5 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,3 sentner, buğda üzrə orta məhsuldarlıq isə 32 sentner təşkil edir.
İyulun 21-də biçin prosesinə 575 kombayn cəlb olunub, bunlardan 204 kombayn “Aqroservis” ASC-nin, 371 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. İyulun 21-də kombaynlar vasitəsilə 6211 hektar ərazidə biçin aparılıb.
2024-cü il taxıl biçini mövsümündə taxıl üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb. Rayonda buğda üzrə orta məhsuldarlıq 55 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 47 sent/ha təşkil edib.
Biçin prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 38 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb

























