Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“AS Group Investment” jurnalistlər üçün tədbir keçirib, xatirə medalları təqdim edilib - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AS Group Investment”  jurnalistlər üçün tədbir keçirib, xatirə medalları təqdim edilib - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AS Group Investment” 22 iyul Milli Mətbuat Günü münasibətilə mətbuat tariximizin başlanğıcı sayılan “Əkinçi” qəzetinin xalqı bütün sahələr üzrə maarifləndirmək ideyasından çıxış edərək özünün baş ofisində jurnalistlər üçün “Yaşıl gələcək konsepsiyaları və texnologiyaları” mövzusunda bilgiləndirici tədbir keçirib.

Tədbirdə trend.az, qafqazinfo.az, marja.az, haqqın.az, banco.az, İTV, Real TV, ASAN Radio, ARB24 və digər media orqanlarının nümayəndələri iştirak ediblər.

Görüşün başlıca məqsədi iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə qoşularaq 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edən, həmçinin bərpa olunan enerjinin əldə edilməsi və daha da yüksəldilməsini planlaşdıran ölkəmiz üçün aktual sayılan yaşıl gələcək istiqamətində görülən işlər, tətbiq edilən texnologiyalar haqqında biliklərin jurnalistlərlə paylaşılması olub.

“AS Group Investment”-in “Layihələrin inkişafı və koordinasiyası” departamentinin rəhbəri Mirzə Abdullayev və energetika məsələləri üzrə ekspert məsləhətçisi Cəmil Məlikov şirkətin Zəngilan rayonu Ağalı kəndində inşa etdiyi “Ağıllı kənd” nümunəsi əsasında layihədə tətbiq edilən ağıllı həllər, innovasiyalar və enerji həlləri haqqında məlumat verərək, qeyd edilən həllərin ətraf mühitə və əhalinin sosial-iqtisadi rifahına müsbət təsirləri haqqında  özlərinin nəzəri və təcrübi biliklərini jurnalistlərlə bölüşüblər.

Çıxışçılar media nümayəndələrinin mövzu ilə bağlı suallarını cavablandırdıqdan sonra jurnalistlərə “AS Group Investment” şirkətinin xüsusi sifarişi ilə hazırlanan,  Milli Mətbuat Gününə həsr olunan xatirə medalları təqdim edilib. Tədbir “Etçi Umut” restoranında jurnalistlər üçün hazırlanan xüsusi nahar fasiləsilə tamamlanıb.   

2003-cü ildə əsası qoyulan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group Investment” şirkəti fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub.

  “AS Group Investment” və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq əldə edə bilərsiz.  

ASGroupInvestmet jurnalistlər mətbuatgünü Cəmil Məlikov xatirə medallar
22.07.2024 10:41

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ