Türkiyədə dollar rekord qırdı - Lirə dəyər itirməkdə davam edir
Türk lirəsi (TL) dəyər itirməkdə davam edir. Dollar/TL məzənnəsi ilk dəfə 33- lirəni keçib. Bu il TL-nin dollar qarşısında ucuzlaşması 11 faizdən çox olub.Bu gün Türkiyədə ABŞ dollarının qiyməti ilk dəfə 33 lirə səviyyəsini keçərək rekord qırıb. Avro/TL məzənnəsi də 36 səviyyəsinə çox yaxındır. Funt/TL məzənnəsi 42,69-a çatıb.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:55-də ABŞ Dolları/Türk Lirəsi məzənnəsi 0,51% artıma 33,0467 lirə olub.
Britaniya bankı HSBC strateqləri Dollar/TL proqnozlarına yenidən baxıblar; 2024-cü il üçün Dollar/TL proqnozunu 33-dən 36-ya qaldırıb. Bankın təhlilində dəyər itkisinin gözləniləndən daha sürətli olduğu bildirilib.
Türkiyənin iş dünyası məzənnə səviyyəsinin inflyasiyandan çox geri qaldığını, ixracatçıların rəqabət qabiliyyətini itirdiyini dilə gətirirlər. Türkiyə İxracatçılar Birliyinin (TİM) sədri Mustafa Gültəpə məzənnə ilə inflyasiya arasındakı fərqin ən az 5 bəndi keçməməsi lazım olduğunu deyib və bu gün dollar/TL səviyyəsinin ən az 37 lirə olması lazım olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
23 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 25 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

















.jpg)



