Qlobal bazarlarda son vəziyyət
Dünən ABŞ-da inflyasiyaya dair göstəricilərin zəif açıqlanması fonunda dollar major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşdı. Lakin, cümə günü səhər Amerika valyutası öz mövqelərini bir qədər bərpa edə bilib. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.04% artaraq 104.48 bənd təşkil edib.
ABŞ-ın Əmək Nazirliyinin press-relizinə əsasən, ölkədə istehlak qiymətləri bir ay əvvəl 3.3% artdıqdan sonra iyun ayında illik ifadədə 3% artıb. Bu ötən ilin iyun ayından bəri ən aşağı nəticədir. Yapon yenin dəyərinə mümkün valyuta müdaxiləsi ilə bağlı bazar gözləntiləri təsir etdi. Ekspertlərin fikrincə, Yaponiya Bankı mümkün intervensiya xəbərçisi olan valyuta bazarında faiz dərəcələrinə baxış prosesini keçirib.
Dolların ucuzlaşması fonunda qızıl 2400$ həddinin üzərinə qalxıb. Ötən gün ərzində 2424$ həddini test etdikdən sonra dəyərli metalın qiyməti bir qədər ucuzlaşaraq 2407$ səviyyəsinə qədər enib.
ABŞ dərc olunacaq İstehsal Qiymətləri İndeksi bugün bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas xəbərlərdəndir. Belə ki, analitiklərin fikrincə iyun ayında PPI aylıq ifadədə 0.1%, illik ifadədə isə 2.3% səviyyəsində açıqlanacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















