Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda inflyasiya açıqlandı

Azərbaycanda iyunda illik inflyasiya 1,1% təşkil edib. May inflyasiya 0,3 faiz olmuşdu.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda inflyasiya açıqlandı

2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 1,1 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2 faiz, qeyri-qida məhsulları üzrə 1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,4 faiz artıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz azalıb, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz artıb.

Reklam_3_11

2024-cü ilin iyun ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz düşüb.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, günəbaxan və qarğıdalı yağlarının, bananın, gilasın, alçanın, əriyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, baş soğanın, kartofun, bahalaşma isə əsasən unun, makaronun, mal və qoyun ətinin, yumurtanın, zeytun yağının, limonun, almanın, çiyələyin, kivinin, ağ kələmin, göyərtinin qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2024-cü ilin iyun ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artıb. İyun ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma parçaların, yay geyimlərinin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 

2024-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz yüksəlib. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən xalçaların yuyulması, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Xatırladaq ki, 2024-cü ilin may ayında istehlak qiymətləri indeksi 2023-cü ilin may ayına nisbətən 0,3 faiz artmış, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz azalmış, qeyri-qida məhsulları üzrə 1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,2 faiz yüksəlmişdi. 2024-cü ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz düşmüş, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artmışdı. 

10.07.2024 13:04

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ