"ABŞ neft qiymətlərinin artması qorxusuna görə Rusiya tankerlərinə qarşı yeni sanksiyalar tətbiq etmir"
The New York Times: Ağ Ev, Maliyyə Nazirliyi yeni məhdudiyyətlərin enerji bazarında qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olmayacağına dair təhlil təqdim etdikdən sonra belə təkliflərini imzalamır.ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya neft tankerlərinə yeni məhdudiyyətlər tətbiq etməkdən qorxur, çünki bu tədbirlərin karbohidrogen qiymətlərinin kəskin artmasına və nəticədə amerikalı istehlakçılar üçün yanacaq qiymətlərinin yüksəlməsinə, bunun da Baydenin seçki kampaniyasına mənfi təsir göstərəcəyindən ehtiyatlanır.
Marja xəbər verir ki, vu barədə "The New York Times" məlumat yayıb .
Xəbərə görə, ABŞ Maliyyə Nazirliyi administrasiyaya Rusiya neft tankerləri ilə bağlı yeni məhdudlaşdırıcı tədbirlər təklif edib, lakin “Ağ Evdəki iqtisadi məsləhətçilər bunun bu yay neft qiymətlərinin artması riskini daşıdığından, ABŞ bazarında benzinin qiymətlərinin artmasına səbəb olacağından qorxurlar. Bu da Baydenin kampaniyasına zərər ver bilər".
Nəşr qeyd edir ki, Ağ Ev, Maliyyə Nazirliyinin yeni sanksiyaların enerji bazarında qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olmayacağına zəmanət verdiyi təhlili təqdim etdikdən sonra belə Maliyyə Nazirliyinin təkliflərini imzalamır. Maliyyə Nazirliyi prezident administrasiyasından nə yekun qərar, nə də bu məsələnin niyə dayandırıldığı ilə bağlı izahat ala bilmir.
5 dekabr 2022-ci il tarixində Avropa İttifaqının Rusiya Federasiyasından dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo qüvvəyə minib. Yeddilik Qrupu (G7) ölkələri, Avropa İttifaqı və Avstraliya öz tabeliyində olan gəmilər və ərazilər üçün dənizdən daşınan Rusiya neftinin barelinə 60 dollar səviyyəsində tavan qiymət tətbiq ediblər. 2023-cü il fevralın 5-dən analoji məhdudiyyətlər Rusiya Federasiyasından neft məhsullarının tədarükünə də şamil olunmağa başlayıb.
Rusiya baş nazirinin müavini Aleksandr Novakın 2022-ci il oktyabrın 13-də elan etdiyi kimi, Moskva qiymət tavanı mexanizmindən istifadə etməklə bu xammalın dəyərini süni şəkildə məhdudlaşdırmağa çalışan ölkələrə neft tədarük etməyəcək. “Rusiya Enerji Həftəsi” forumunda çıxış edən o, qiymətin bazar üsulu ilə, tələb və təklif balansına əsaslanaraq formalaşmasının vacibliyinə diqqət çəkib.
Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin oktyabrında vurğulamışdı ki, Moskva başqalarının rifahını öz hesabına ödəməyəcək və onların qiymətlərini məhdudlaşdıran ölkələri enerji resursları ilə təmin etməyəcək. O, Rusiyadan gələn yanacağın qiymətinə məhdudiyyətin tətbiqini aldadıcı hiylə və həyasız şantaj adlandırıb. Bundan əlavə, Putin xəbərdarlıq edib ki, neftin qiymətlərinə tavanların tətbiqi digər sektorlarda da oxşar tavanların tətbiqi riskinə səbəb ola bilər ki, bu da qlobal bazar iqtisadiyyatını məhv edəcək və milyardlarla insanın rifahını təhdid edəcək.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
14 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb





















