ING bu il üçün Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır
Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 1,1 %, 2025-ci ildə 3,8 %, 2026-cı ildə isə 4,2 % səviyyəsində olacağını proqnozlaşdırır.
Bu barədə şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, bu il üçün açıqlanan yeni proqnoz may ayındakı gözləntilərə nisbətən 0,5 faiz bəndi azalıb, digər illər üçün dəyişməyib.
Proqnozlara əsasən, 2024-cü ilin ikinci rübündə Azərbaycanda orta illik inflyasiya 0 %, üçüncü rübdə 1,2 %, dördüncü rübdə isə 2,5 % səviyyəsində gözlənilir.
2025-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 3,4 %, ikinci rübdə 4,1 %, üçüncü rübdə isə 3,9 % nəzərdə tutulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 %, may ayında ötən ilin eyni ayına nisbətən 0,3 % artıb, aprel ayına nisbətən 0,1 % azalıb.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5 % və 2025-ci ilə 4,2 %) azaldıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 3,5 %-ə qədər azalacağını, 2025-ci ildə 5 %, 2029-cu ildə isə 4 % səviyyəsində olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 4 % təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 % səviyyəsində gözlənilir.
Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 % təşkil edəcək, 2025-ci ildə isə 6,5 %-dək yüksələcək.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin 2024-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı gözləntiləri isə 3 % səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
23 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 25 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

















.jpg)






