Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

2024-cü ilin iyun ayında Bakı metropolitenindən 18 milyon 105 min 185, o cümlədən 518 min 603 güzəştli sərnişin istifadə edib. Orta statistik hesabla gün ərzində metropolitenə 603 min 506 sərnişin daxil olub. Milli bayramlar və istirahət günləri də daxil olmaqla ay ərzində 13 qeyri-iş günü olub. Bayram və istrahət günlərində 6 milyon 2 min 884, qalan 17 iş günündə isə 12 milyon 102 min 301 sərnişinə daşıma xidməti göstərilib. Orta statistik hesabla metropoliten hər iş günündə 711 min 900, hər qeyri-iş günündə 461 min 760 sərnişin daşıyıb. Ən çox sərnişin daşınan gün iyun ayının 14-ü olub (737 min 749). Ayın 16-da isə ən az sərnişin daşınıb (365 min 897).

Postpandemiya dövründə ilk dəfə tarixi nailiyyət qeydə alınıb. Metropoliten tarixində ən rekord sayda sərnişin daşınmış 2019-cu ilin bir aylıq göstəricisindən daha çox sərnişin daşınıb. Cari ilin iyun ayında 2019-cu ilin həmin dövrünə nəzərən, 0.3 % çox sərnişin bu nəqliyyat növünün xidmətindən istifadə edib. İlin 6-cı ayının daşıma göstəriciləri əvvəlki illərin eyni ayları ilə müqayisədə də kifayət qədər çoxdur: 2022-ci ildən 2.3 % və 2023-cü ildən 15 % çox.

02.07.2024 15:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ