Qlobal bazarlarda son vəziyyət - GÜNƏ bAXIŞ
Dünən ABŞ ÜDM-nin proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında bahalaşıb.
USD/JPY cütlüyü 1986-cı ildən bəri ən aşağı səviyyəyə, 161.260 həddinə qədər yüksəlib. Hal-hazırda valyuta cütlüyü 160.920 səviyyəsində ticarət olunur. Eyni zamanda, EUR/USD bugün 1.0710 səviyyəsindən 1.0690 səviyyəsinə qədər ucuzlaşıb. Dollar indeksi 0.19% yüksələrək 106.11 bənd təşkil edib.
Yaponiya hökuməti daha əvvəl valyuta bazarını yaxından izlədiyini və yapon yenin həddindən artıq dalğalanmasına qarşı “müvafiq tədbirlər” görəcəyini bildirmişdi. Ekspertlərin fikrincə şifahi müdaxilələr yenanın enişini müvəqqəti olaraq ləngitsə də, onların effektiv olması üçün birbaşa bazar müdaxiləsi ilə dəstəklənməlidir. Bununla belə, bu cür tədbirlərin uğurlu olması qeyri-müəyyən olaraq qalır.
Dünən ABŞ-ın Ticarət Departamentinin İqtisadi Təhlil Bürosu bildirdi ki, üçüncü və yekun qiymətləndirməyə əsasən, ölkə ÜDM-i ötən rübdə illik ifadədə 1.4% artıb. Həmçinin ölkədə 22 iyunda sona çatan həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı 239 mindən 233 minə qədər azalıb. Analitiklər göstəricinin 236 min səviyyəsində dərc olunacağını proqnoz edirdilər.
Eləcə də, bazar iştirakçıları Yaponiyadan gələn statistik məlumatlarada diqqət yetirirlər. Belə ki, may ayında ölkədə işsizlik səviyyəsi, aprel ayında olduğu kimi, 2.6% təşkil edib, Sənaye Sektorunda İstehsal Həcmi isə 2.8% artıb.
Bugün investorlar Böyük Britaniyada açıqlanacaq ÜDM, Almaniyada işsizlik səviyyəsi və ABŞ-da əhalinin şəxsi xərclərinə dair göstəriciləri diqqətlə izləyəcəklər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























