Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq - NƏ GÖZLƏNİLİR?
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) növbəti faiz qərarını bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaq.
Marja.az xəbər verir ki, bazar iştirakçıları TCMB-nin iyun iclasında faizini dəyişməz olaraq 50% səviyyəsində saxlayacağı qənaətindədirlər.
İyun ayında faiz artımı gözlənilməsə də, TCMB-nin nə vaxt pul siyasətini yumşaltmağa başlayacağı sualı bazarın diqqət mərkəzindədir.
Bloomberg-in sorğusuna görə, ilk faiz endiriminin vaxtı ilə bağlı proqnozlarını bölüşən 20 qurumdan 3-ü TCMB-dən ilk faiz azaltma addımını sentyabrda, 10 qurum isə oktyabr-noyabr-dekabr aylarında gözləyir.
2024-cü ildə TCMB-dən faiz endirimi gözləməyən 7 qurum var.
Sorğuya görə, 2024-cü ilin sonunda bazarın faiz üçün proqnozu 47,25 faiz təşkil edir.
2024-cü ilin sonuna faiz dərəcəsi proqnozlarında ən yüksək gözlənti 50%, ən aşağı gözlənti isə 40%-dir.
Bank of America Corp kimi Wall Street bankları TCMB-nin ilk faiz endirimini bu ilin sonuna doğru edəcəyini gözləsələr də, Morgan Stanley bu proqnounu 2025-ci ilin birinci rübünə təxirə salıb.
BofA analitikləri bildirib: “Türkiyə iqtisadiyyatının artım sürəti yavaşlayır. Sərt pul siyasətinin davam etdirilməsi, dezinflyasiyanın 2025-ci ilə qədər və ondan sonra da davam etməsini təmin etmək üçün vacibdir".
May ayında inflyasiya 2022-ci ilin sonundan bu yana ən yüksək səviyyə olan 75,45 faizi görüb. TCMB, iyun ayından etibarən başlayacaq illik inflyasiyanın azalması ilə ilin sonunda inflyasiyanın 38 faizə düşəcəyini gözləyir.
TCMB sədri Fatih Karahan ötən həftə etdiyi çıxışında ilin qalan hissəsində inflyasiyanın hər ay azalacağını qeyd edib. Karahan həmçinin bildirib ki, inflyasiyada əhəmiyyətli və qalıcı bir pisləşmə olarsa, pul siyasəti mövqeyi daha da sərtləşdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 15 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























