Yapon yeni son 37,5 ilin ən aşağı səviyyəsinə düşüb
Yen 38 illik minimumda. Yaponiyanın Maliyyə Nazirliyi əvvəllər milli valyutanın ucuzlaşmasının qarşısını almaq üçün valyuta müdaxiləsi həyata keçirib, lakin uzunmüddətli perspektivdə bu tədbir nəzərəçarpacaq nəticə vermyib.Yaponiyanın milli valyutasının dollara nisbətdə məzənnəsi təxminən son 37,5 il ərzində ən aşağı səviyyəyə düşüb.
Marja.az Nikkei biznes qəzetinə istinadən xəbər verir ki, 1986-cı ilin dekabrından bəri ilk dəfə bir dollar 160,39 yenə çatıb.
Yen təkcə bu il öz dəyərinin 12 faizindən çoxunu itirib, bu da Yapon istehlakçılarının və bizneslərinin alış balansına mənfi təsir göstərib.
Yenin davam edən ucuzlaşmasının əsas səbəbi, Yaponiyadakı faiz dərəcələri ilə inflyasiya ilə mübarizə aparan Qərb ölkələrindəki faiz dərəcələri arasındakı uçurumdur. Onilliklər ərzində deflyasiyanın mənfi təsiri ilə mübarizə aparan Yaponiya rəsmiləri aşağı faizlər ilə iqtisadiyyatı stimullaşdıran 2% inflyasiya hədəfinə nail olmaqda qərarlıdırlar. Bu, dollar və avro ilə ifadə olunan aktivlərə investisiyaları yen ilə ifadə olunan aktivlərə investisiyalardan daha sərfəli edir.
Bu ilin aprel-may aylarında Yaponiya Maliyyə Nazirliyi milli valyutanın ABŞ dollarına nisbətdə ucuzlaşmasını saxlamaq məqsədilə valyuta müdaxiləsi həyata keçirib. Bu addım yenin məzənnəsini bir dollar üçün 155-ə qədər gücləndirib, lakin uzunmüddətli perspektivdə nəzərəçarpacaq nəticələr verməyib.
Analitiklər bildirir ki, Yapon səlahiyyətlilər məzənnənin 165 və ya daha yuxarı səviyyələrə çatanadək gözləyə bilər.
Yaponiyanın Maliyyə naziri Shunichi Suzuki bazardakı hadisələri yaxından izlədiklərini və lazım gəldikdə bütün mümkün tədbirləri görəcəklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 14 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























