"Azərpoçt"da böyük əməliyyat zərəri!
"Azərpoçt"un maliyyə xidmətləri üzrə gəlirləri azalıb.
"Azərpoçt" MMC 2023-cü ili 5 milyon 547 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2022-ci ili 4 milyon 336 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Azərpoçt" MMC-nin xalis mənfəəti 1 milyon 211 min manat və ya 27,9% artıb. Xalis mənfəətin artması investisiya qiymətli kağızlarından və əks-repo ənəliyyatlarından əldə edilən gəlirin artması ilə əlaqədardır.
Marja.az Şirkətin Maliyyə Hesabatına istinadən xəbər verir ki, "Azərpoçt" MMC-nin əsas əməliyyat gəlirləri (poçt xidmətləri, maliyyə xidmətləri üzrə) 2022-ci ildə 54 milyon 885 min manat ikən, 2023-cü ildə 47 milyon 35 min manata düşüb (7 milyon 850 min manat və ya 16,7% azalıb). Azalma əsasən "Azərpoçt"un maliyyə xidmətləri üzrə gəlirlərinin 23 milyon 250 min manatdan 14 milyon 769 min manata düşməsilə əlaqədardır. Şirkətin digər xidmətlərdən gəlirləri də azalıb.
Ötən il "Azərpoçt" MMC-nin əməliyyat xərcləri əməliyyat gəlirlərini üstələdiyindən Şirkətin 13 milyon 337 min manat əməliyyat zərəri yaranıb (2022-ci ildə 662 min manat əməliyyat gəliri əldə etmişdi).
Ötən il "Azərpoçt" MMC investisiya qiymətli kağızlarından əldə etdiyi 22 milyon 228 min manat və əks-repo ənəliyyatlarından əldə etdiyi 1 milyon 553 min manat gəlirlər Şirkətin əməliyyat zərərini və digər xərclərini bağlayıb və ili mənfəətlə başa vurmasını təmin edib. "Azərpoçt" MMC 2022-ci ildə investisiya qiymətli kağızlarından 10 milyon 274 min manat, əks-repo müqavilələri üzrə 33 min manat gəlir əldə etmişdi.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 1 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün sonra
-
15 saat əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
15 saat əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
15 saat əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
15 saat əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
-
15 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
-
15 saat əvvəl
Bu ilin 6 ayında Azərbaycanda 12 mindən çox boşanma halları qeydə alınıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər

Azərbaycada 280 min nəfər işsiz əhali var
Ən çox oxunanlar

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!

"Regionlarda baytar və özəl baytarların işlərinə də nəzarət yoxdur"
