Neft bazarı ABŞ-da açıqlanacaq məlumatları gözləyir
İnvestorlar ABŞ-ın xam neft inventarı (ehtiyat) məlumatlarını gözlədiyi üçün, neft qiymətləri sabit olaraq qalır.Neft qiymətləri ABŞ-da açıqlanacaq həftəlik ehtiyat məlumatlarından əvvəl sabitdir.
Marja.az xəbər verir ki, hazırda Brent nefti 85 dollar, ABŞ xam nefti isə 81 dollardan yuxarı ticarət edilir.
ABŞ Enerji İnformasiya Administrasiyası məlumatları cümə axşamı yayımlayacaq. ABŞ-da anbarlarda xam neft ehtiyatının 2,8 milyon barel azaldığı proqnozlaşdırılır. Əvvəlki həftə ehtiyat 3,73 milyon barel artmışdı.
Enerji İnformasiya Administrasiyasının (EIA) Xam Neft Ehtiyatları məlumatı ABŞ şirkətləri tərəfindən inventarda saxlanılan kommersiya xam neft ehtiyatlarındakı həftəlik dəyişikliyi göstərir. Ehtiyatların səviyyəsi neft və neft məhsullarının qiymətlərinə təsir göstər.
Çərşənbə axşamı açıqlanan Amerika Neft İnstitutunun hesabatı, ABŞ-ın xam neft ehtiyatlarının iyunun 14-də bitən həftədə 2,264 milyon barrel artdığını, benzin ehtiyatlarının isə azaldığını göstərib.
OPEC+ın müddəti uzadılmış hasilat ixtisarından sonra neft qiymətləri artıb. Bundan sonra neft qiymətləri OPEC+ın gələcək planlarından və bazar şəraitindən asılı olacaq.
İnvestorlar neftə tələb barədə proqnozları da izləyirlər.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
44 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib


























