Dünya Bankı: Azərbaycan hökuməti biznesin kreditləşdirilməsi ilə məşğul olmamalıdır
Dünya Bankı (DB) Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizm hazırlamağa kömək etməyə hazırdır.
Bunu müsahibəsində bankın Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Hassan Naqvi deyib.
Onun fikrincə, hökumət biznesin kreditləşdirilməsi ilə məşğul olmamalıdır: "Ümumilikdə maliyyə sektoru kreditləşdirmə haqqında qərarı müstəqil olaraq özü qəbul etməlidir".
Agentliyin həmsöhbəti bildirib ki, sağlamlaşdırma prosesinin başlamasınadək Azərbaycan Beynəlxalq Bankının payına Azərbaycanın bank sektorunun bütün aktivlərinin təqribən 35 faizi düşürdü: "Lakin bankın akitvlərlə bağlı ciddi problemi oldu. ABB-nin belə problemlə qarşılaşmasının səbəblərindən biri kredit ayrılması barədəqərarı özəl sektor qəbul etməməsi idi".
N.H.Naqvi qeyd edib ki, Dünya Bankı, o cümlədən DB qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası vasitəsilə Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizmin hazırlanması üçün kömək etməyə hazırdır.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























