Qlobal bazarlarda son vəziyyət
Cümə axşamı günü ABŞ-da iyunun 8-də bitən həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayına dair məlumatların və İshehsal Qiymətləri İndeksinin proqnozların altında dərc olunmasına baxmayaraq, dollar major valyutalar qarşısında bahalaşmağa davam edib. Belə ki, müavinət üçün müraciət edənlərin sayı 242 min nəfər, aylıq ifadədə İstehsal Qiymətləri İndeksi isə -0.2% təşkil edib.
EUR/USD və GBP/USD valyuta cütlükləri müvafiq olaraq 1.0737 və 1.2750 səviyyələrində ticarət olunurlar. Bugün Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini 0.10% səviyyəsində saxlaması fonunda USDJPY cütlüyü isə 1 may tarixindən ilk dəfə olaraq 157.970 səviyyəsinə qədər bahalaşıb. Həmçinin Japoniyada mart ayında 4.4% artan sənaye sektorunda istehsal həcmi, aprel ayında 0.9% azalıb.
Beynəlxalq birjalarda neft qiymətləri bahalaşmağa davam edirlər. “Brent” markalı neft bir barrel üçün 82.50$ səviyyəsində, “WTI” markalı neft isə bir barrel üçün 78.30$ səviyyəsində ticarət olunur. Qızıla tələb azalır və bunun fonunda dəyərli metal 2295$ səviyyəsinə qədər ucuzlaşıb. Lakin, bugün səhər saatlarında qızılın qiyməti 2308$ səviyyəsinə qədər artım göstərib.
Bugün Bakı vaxtı ilə saat 13:00-da “Eurostat” tərəfindən dərc olunacaq Avrozonanın Ticarət Balansına dair məlumatlar investorların diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir. Analitiklər hesab edirlər ki, aprel ayında Ticarət Saldosunun profisiti 17 milyard avro təşkil edib. Həmçinin bugün FED pul-kredit siyasətinə dair hesabatını dərc edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















