Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Heritus" Turkiyə, Almaniya və İtaliyada depoları və çoxlu TIR-ları olan azsaylı şirkətlərdəndir" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Heritus" Turkiyə, Almaniya və İtaliyada depoları və çoxlu TIR-ları olan azsaylı şirkətlərdəndir" - MÜSAHİBƏ

"Heritus Group" MMC  şirkətinin direktoru Paşa Paşayev ilə müsahibə.

- Paşa müəllim, zəhmət olmasa şirkətiniz, yəni "Heritus Group" MMC şirkəti haqqında məlumat verərdiniz, sizi tanıyaq. 

- Öncəliklə, gördüyümüz işlər və ümumilikdə şirkətimizlə maraqlandığınız üçün sizə təşəkkürümü bildirirəm.

Əslində çox  ərtaflı danışmaq olar, amma qısaca belə  məlumat verim. "Heritus Group" MMC müştərilərimizə beynəlxalq səviyyədə nəqliyyat və logistika yükdaşımalarını avtomobil, dəmiryolu və eləcədə havayolu nəqliyyatı vasitəsi ilə xidmətlərini təqdim edir. Şirkətimiz Avropa, Orta Asiya və MDB ölkərərində yükdaşımalarını həyata keçirməklə yanaşı, beynəlxalq standartlara uyğun nəqliyyat vasitələri (Euro 6, ISO.), eləcədə xüsusi sertifikatlara (ADR və s.) malik sürücülər tərəfindən istənilən vaxt və mükəmməl icra edilməsinə xüsusi önəm verir. “Heritus Logistics MMC” şirkəti hər müştəriyə uyğun olacaq bir sıra müxtəlif logistika xidmətləri göstərir. 

Xidmətlərimizə daxildir:

- Avtomobil nəqliyyatı (MDB ölkələri, Orta Asiya, Türkiyə, Avropa)

- Dəniz nəqliyyatı (gəmi kirələməsi, liman və anbar xidmətləri, yüklərin sığortası, Qara dəniz, Xəzər dənizi ilə və s. bərələr vasitəsilə daşıma)

- Dəmir yolu nəqliyyatı (ekspedisiya, vaqonların təmin edilməsi, yüklərin hərəkətini izləmə, marşrut boyu yüklərin qorunmasının təmin edilməsi)

- Malların multimodal daşınması

- Beynəlxalq nəqliyyat

- Yüklərin konteynerlə daşınması

- Terminal xidmətləri

- Port xidmətləri (limanlarda işləmə və anbar)

- Yükləmə - boşaltma, boşaldıb yükləmə

"Heritus Group" MMC  şirkəti yerli Azərbaycan şirkətidir. 

Beynəlxalq logistka ilə məşğul olan qrupumuzun Türkiyədəki qolu "Valour" logistikadır. 

80 yaxın tentli və soyuduculu TIR-ları olan qrup şirkətik. 

Şirkətimizin Almaniyanin Nuremberg şəhərində, Türkiyənin İstanbul şəhərind və İtaliyanin Verona şəhərində anbarlarimiz  mövcuddur. Həmin depolardan Azərbaycan və Türkiyəyə rəsmi formada gələn bütöv (FTL) və qruppaj (LTL) daşınmaları həyata keçiririk. 

Qürurverici məqam odur ki, "Heritus Group" MMC şirkəti Turkiyədə, Almaniyada, İtaliyada depoları olan və özünə məxsus bu qədər nəqliyyat vasitəsi olan az saylı şirkətlərdəndir. 

Onu da qeyd edim ki şirkət Layihə (Proje) daşınmaları üzərində də  ixtisaslaşıb. Bügünə qədər ölkə əhəmiyyətli bir sıra İdxal / İxrac layihə daşınmalarını  həyata keçirmişik.

- Paşa müəllim, bəs hansı istqmətlərdə olan daşınmalar üçün sizin şirkətə müraciət etmək olar, yəni güclü tərəfləriniz hansıdır? 

- Belə deyim, "Heritus Group" MMC bügün nəqliyyatın bütün istiqamətlərində tam xidmət göstərir:

- Ümumi beynəlxalq yükdaşımaların təşkili (qapıdan-qapıya prinsipi ilə),

- Avtomobil daşımaları (bütöv (FTL) və qruppaj (LTL),

- Dəniz yolu daşımaları (bütöv (FCL) və qruppaj (LCL),

- Dəmiryol daşımaları,

- Konteyner daşımaları (ISO və s.),

- Terminal və liman xidmətləri,

- İntermodal və multimodal daşımalar.

Yəni siz bizdən yuxarıda qeyd olunan tələblərinizi sorğulaya bilərisiniz. 

Hal-hazırdakı tendensiyaya uyğun olaraq, Çindən, əldə etdiyimiz rəsmi partnyorlar vasitəsi ilə və həmçinin şirkətimizin böyükheyətli dəmiryolu departamentimiz sizə ən optimal  qiymətlə və sürətli dəmiryolu daşınmaları təklif  edir.

Hava yolu ilə əlaqədar isə bildirim ki  bizim hava daşımaçılığı üzrə ayrıca bir hava daşımaçılığı departamentimiz də mövcuddur.

Həmiçinin : 

Türkiyə – Azərbaycan

Avropa – Azərbaycan

Rusiya – Azərbaycan 

Gürcüstan – Azərbaycan

İdxal / İxrac avtomobil yolu daşınmaları bizim əsas güclü tərəflərmizidir.

- Sonda belə bir sual: Azərbaycanda logisitikanin inkişaf dinamikasini necə dəyərləndirirsiniz ?  Planlarınız nədir?

- Bildiiyiniz kimi ölkəmiz coğrafi baxımdan çox  strateji nöqtədə yerleşir. Tarixi İpekyolu üzərində yerləşməyimiz bizə ticarət baxımından əlverişli imkanlar qazandırır.

Bizə düşən sadəcə bu coğrafi imkanlardan maksimum  səmərli istifadə etməkdir. Ən optimal variant - yaxın qonşularımızın təcrübəsindən yaralanmaq, azad iqtisadi zonaların fəlaliyyətini təmin etməkdir. Ən sadə bir misal çəkim, qonşumuz Türkiyənin təkcə  İstanbul şəhərində  bugün çoxsaylı Antrepolar (gömrüklü / gömrüksüz anbarlar) fəaliyyət göstərir.  Həmçinin tranzit daşınmalar təcrübəsindən faydanlansaq, Azərbaycan üzərindən gedən tranzit yükləmələrin həcmi daha da artar.  Cənab Prezident İlham Əliyevin təşəbbüssü  ilə yaradılan Ələt iqtisadi zonası da bir sahibkar və logisitika şirkəti rəhbəri olaraq yüksək qiymətləndirirəm.  Ələt iqtisadi zonasi, Zəngəzur Dəhlizi, ümumən bu istiqamətdə görülən işlər Azərbaycanımızın Dünya logistika bazarındakı payının ciddi mənada yüksəlməsinə töhvə verəciyinə inanıram.

Gələcək planlarımızda yeni nəqliyyat vasitələrinin alınması var. Artıq yeni aldığımız DAF markalı maşınlarımız Almaniyadan  Bakıya doğru hərəkət edirlər. Əlavə olaraq Çin və Rusiyada depolar qurmaq planlarımız arasındadır. Həmçinin işğaldan azad olunmuş torpaqlarmızda da  anbar və TIR parkı qurmaq ən böyük arzumuzdur. 

-Müsahibəyə görə, təşəkkür edirik. İşlərinizdə uğurlar!

-Çox sağ olun.

ƏLAQƏ MƏLUMATLARI

Koroğlu Rəhimov küç., 22C, 4-cü mərtəbə,

Bakı şəh, AZ -1072, Azərbaycan

 (+994 55) 200 53 74

 (+994 55) 200 53 75

[email protected]

Heritus logistika Paşa Paşayev logistika yükdaşımalar
14.06.2024 08:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Bayramda endirim var!
Bayramda endirim var!
18.06.2024 08:44
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ