İlon Maskdan Apple cihazlarını qadağan etmək planı
Elon Musk: "Əgər Apple şirkəti OpenAI-ı əməliyyat sisteminə (iOS) inteqrasiya edərsə, o zaman Apple cihazları mənim şirkətlərimdə qadağan olunacaq. Bu, yolverilməz təhlükəsizlik pozuntusudur".Tesla, SpaceX və kimi şirkətlərin sahibi Elon Musk (İlon Mask) X sosial media hesabında, ABŞ-ın Apple şirkətinin ChatGPT-ni inkişaf etdirən OpenAI süni intellekt tədqiqat şirkətilə əməkdaşlığı haqqında paylaşım edib.
Marja.az xəbər verir ki, Musk, OpenAI-ı əməliyyat sistemi səviyyəsində inteqrasiya etdikləri təqdirdə Apple cihazlarının şirkətlərində qadağan ediləcəyini qeyd edib və "Bu, qəbuledilməz bir təhlükəsizlik pozuntusudur" deyib.
Musk şirkətə gələnlərin Apple cihazlarını qapıda təhvil verməli olacağını qeyd edərək cihazların Faraday qəfəsində saxlanacağını qeyd edib.
Apple-ı öz süni intellekt tətbiqini inkişaf etdirmək əvəzinə OpenAI-a güvəndməsini də tənqid edən Musk, “Apple öz süni intellektini istehsal edəcək qədər ağıllı olmaması, ancaq OpenAI-nin təhlükəsizliyinizi və məxfiliyinizi qoruyacağına əmin ola bilməsi tamamilə absurddur. Apple, məlumatlarınızı OpenAI-a təhvil verdikdə əslində nə baş verdiyini bilmir",- qiymətləndirməsini edib.
Apple açıqlayıb ki, lazım olduqda ağıllı şəxsi köməkçisi Siri söhbət rabotu ChatGPT-yə daxil ola biləcəyini və ChatGPT ilə inteqrasiyanın ilin sonunda iOS 18, iPadOS 18 və macOS Sequoia ilə gələ biləcəyini bəyan edib.
ChatGPT-nin inkişaf etdirən OpenAI-nin baş direktoru Sam Altman da sosial media hesabında "Mən bu ilin sonunda ChatGPT-ni cihazlarına inteqrasiya etmək üçün Apple ilə əməkdaşlıq etməkdən məmnunam. Düşünürəm ki, bunu bəyənəcəksiniz", - yazıb.
If Apple integrates OpenAI at the OS level, then Apple devices will be banned at my companies. That is an unacceptable security violation.
— Elon Musk (@elonmusk) June 10, 2024
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
42 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



















.jpg)






