Beynəlxalq Maliyyə Korporasiyası Avropa üzrə yeni regional direktor təyin edib
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) İnes Roçanı Avropa üzrə Regional Direktor təyin edib.
Beynəlxalq Maliyyə Korporasiyasından Marja-ya verilən məlumata görə, Vyanadakı ofisindən işə başlayan xanım İnes Roça, yaşıl inkişafın, rəqəmsal texnologiyanın və maliyyə inklüzivliyinin gücləndirilməsinə diqqət yetirməklə, Mərkəzi və Şərqi Avropada özəl sektor investisiyalarının artırılmasında və iş yerlərinin yaradılmasında əsas rol oynayacaq və Rusiyanın Ukraynaya təcavüzünə IFC-nin cavab tədbirlərinə rəhbərlik edəcək.
O, həmçinin inkişaf etməkdə olan bazarlarda dayanıqlı iqtisadi artımı dəstəkləmək üçün kapital və bilikləri səfərbər etmək məqsədilə IFC-nin Qərbi Avropada biznesin inkişafı səylərinə rəhbərlik həyata keçirəcək.
Portuqaliya və Böyük Britaniya vətəndaşı olan İnes Roça, son illərdə Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) inkişaf maliyyəsi sahəsində 20 ildən çox təcrübəyə malikdir. Onun buradakı rollarına Avropa Birliyi banklarını və strukturlaşdırılmış maliyyəni əhatə edən maliyyə institutları, Mərkəzi və Şərqi Avropada kiçik biznesləri dəstəkləmək daxil idi.
Son vaxtlaradək xanım Roça Təsir və Tərəfdaşlıqlar şöbəsinin rəhbəri olaraq, AYİB-in Ukraynadakı böhrana cavab tədbirlərinə rəhbərliyi çərçivəsində əsas səhmdarlar və donorlardan Ukrayna iqtisadiyyatı və özəl sektoru üçün rekord miqdarda dəstəyi səfərbər etmişdir. Bu vəzifədə o, Dünya Bankı, Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (MIGA) və IFC də daxil olmaqla, inkişaf maliyyə institutları və çoxtərəfli inkişaf bankları ilə sıx əməkdaşlıq etmişdir. Daha əvvəl isə o, UBS İnvestisiya Bankında və Portuqaliya Mərkəzi Bankında işləyib.
IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə vitse-prezidenti Alfonso Qarsia Mora qeyd etmişdir ki: “Rusiyanın Ukraynaya təcavüzünün təsirini araşdırmaqda davam etdiyimiz dövrdə İnesin geniş təcrübəsi bu rol üçün müstəsna dərəcədə uyğun edir. Əminəm ki, o, yaşıl, dayanıqlı və inklüziv inkişafı sürətləndirməyə və Qərbi Avropadan inkişaf etməkdə olan bazarlara daha çox sərmayəni səfərbər etməyə kömək edərək, IFC-nin proqramını daha da yüksək nəticələrə yönəldə biləcək”.
Region üzrə Direktor qismində xanım Roça diqqətini Qərb, Mərkəzi və Şərqi Avropa ölkə ofislərində IFC-nin regional qruplarına rəhbərlik etməyə və əsas müştəri, hökumət və maraqlı tərəflərlə əlaqələrin idarə edilməsinə yönəldəcək. O, həmçinin IFC-nin regionda strategiyasının həyata keçirilməsini formalaşdıracaq və istiqamətləndirəcək, Dünya Bankı və MIGA ilə sıx əməkdaşlıq, biznesin inkişafına rəhbərlik və IFC-nin sektorlar üzrə əməliyyatlarına nəzarət edəcək.
İnes Roça London İqtisadiyyat Məktəbində İqtisadiyyat üzrə magistr dərəcəsinə malikdir.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımını hədəfləyən ən iri inkişaf təşkilatıdır. Biz 100-dən çox ölkədə işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq inkişafda olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq. 2023-cü maliyyə ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə və maliyyə müəssisələrinə 43.7 milyard ABŞ dolları məbləğində rekord həcmdə maliyyə ayıraraq, əlaqəli və bir-birini dərinləşdirən qlobal böhranlar müqabilində IFC özəl sektorun üstünlüklərinə arxalanaraq ifrat yoxsulluğu aradan qaldırmağa və müştərək rifahı artırmağa kömək edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
6 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)














