Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək

(®) 28, 29, 30 iyun 2024-cü il tarixlərində, “The Ritz-Carlton Baku” otelində “PAŞA Holding”in təşkilatçılığı ilə “PASHA Hackathon 4.0” keçiriləcək. Hakatonun bu dəfəki mövzusu “PashaPay” tərəfindən həyata keçirilə biləcək yeni ideyaları təşviq etməkdir.

Belə ki, yarışçılar 3 gün ərzində PashaPay tərəfindən təqdim olunan “challenge” üzərində düşünərək, şirkət üçün yeni ideyalar təqdim etməli olacaqlar. Keçən il olduğu kimi, bu dəfə də hakatonun sonunda ilk üç yeri tutan komandaya müvafiq olaraq mükafatlar veriləcək: 1-ci yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000 AZN.

Qeyd edək ki, “PASHA Hackathon” innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. “PASHA Hackathon” tələbələri, biznes və marketinq mütəxəssislərini, dizaynerləri və tərtibatçıları 10 may-10 iyun tarixləri arasında www.pashahackathon.az saytında qeydiyyatdan keçməyə və iştirakçı olmağa dəvət edir. “Hackathon”da iştirak etmək üçün giriş haqqı ödənilmir. Məkan, o cümlədən yemək, içki və digər xidmətlər ilə əlaqədar bütün xərclər qarşılanıb.

Xatırladaq ki, PAŞA Holding tərəfindən “PASHA Hackathon” artıq 4-cü ildir ki təşkil olunur. “Hackathon”un təşkil edilməsində məqsəd gənclər arasında innovativ düşüncə tərzini, həll yönümlülüyü təşviq etmək, eləcə də ölkədə innovativ mədəniyyətin inkişafını dəstəkləməkdir.

 

PASHA Hackathon PAŞA Holding PashaPay Hakaton
29.05.2024 07:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Bayramda endirim var!
Bayramda endirim var!
15.06.2024 18:06
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ