İlin sonuna kimi Türkiyədə dolların dəyəri 38 lirəyə çata bilər
“Bank of America” dolların Türkiyənin milli valyutası - lirə (TL) qarşısında məzənnəsini proqnozlaşdırıb. Maliyyə təşkilatının verdiyi məlumata əsasən, bu ilin sonuna bir dolların qiyməti 38 lirəyə bərabər ola bilər.
Türkiyənin maliyyə naziri Mehmet Şimşek bazar ertəsi bildirib ki, türk lirəsinə inam artdığı üçün ucuzlaşma dayanıb. Hazırda dolların türk lirəsi qarşısında dəyəri 1 dollar üçün 32.2 lirə təşkil edir.
Bildirilir ki, “Bank of America” ilin sonuna qədər USD/TRY məzənnəsinin 38 lirə səviyyəsinə qədər artacağını proqnozlaşdırdığını açıqlayıb. Əgər TL məzənnəsi sabitləşərsə, yay aylarında da dollarlaşmanın tərsinə çevrilmə tendensiyası davam edə bilər, amma inflyasiyanın yüksək səviyyəsini nəzərə alsaq, TL-də müəyyən nominal ucuzlaşma mümkündür.
“Bank of America” qeyd edir ki, Türkiyədə monetar siyasətin sərtləşdirilməsi ilə həm yerli, həm də xarici investorlar daha çox nikbinləşiblər, real sektor iqtisadiyyatda əhəmiyyətli yavaşlama, banklar isə dollardan uzaqlaşmağa imkan müşahidə edirlər.
Türkiyənin Statistika İnstitutunun (TÜİK) məlumatına görə, aprel ayında illik inflyasiya mart ayındakı 68.5%-dən 69.8%-ə yüksəlib. Bu, illik inflyasiyanın 84.39% olduğu 2022-ci ilin noyabr ayından bugünə ən yüksək göstəricidir. Eyni zamanda, “ENAG”-ın bir qrup müstəqil iqtisadçısı ötən ayın sonunda illik inflyasiyanın 124.35% olduğunu qiymətləndiriblər. Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşek daha əvvəl bəyan etmişdi ki, ölkə hökuməti 2026-cı ilə qədər qiymət sabitliyinə və birrəqəmli inflyasiya göstəricisinə nail olmağı planlaşdırır.
© investaz.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
51 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























