gubre.az şəbəkəsinin yeni layihəsi fermerlərin xüsusi marağına səbəb oldu
gubre.az stendində ilk dəfə təqdim olunan “Agrohub” mobil platforması fermerlərin xüsusilə marağına səbəb olmuşdur. “Agrohub” mobil tətbiqi fermerləri, aqronomları, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçılarını bir araya gətirməklə sektorun daha da sürətli inkişafına tövhə verməyi hədəfləyir.(®)15 may tarixindən etibarən Bakıda sayca 17-ci “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı sərgisi keçirilir. Üç gün davam edəcək sərgi hər il olduğu kimi dövlət qurumlarını, yerli və xarici təchizatçı şirkətləri, fermer təsərrüfatlarını və aqrar sektorda təmsil olan mütəxəssisləri bir araya toplamışdır. Bu il Bakı Ekspo Mərkəzində milli və xarici stendlərin nümayiş olunduğu sərgidə ümumilikdə dünyanın 27 ölkəsindən 280-dən çox iştirakçı yer alır.
Sərgidə, həmçinin Azərbaycanda kənd təsərrüfatı istehsal vasitələrinin tədarükü, topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış, yüksək keyfiyyətli məhsulları, həmçinin əlçatan xidmətləri ilə fermerlərin, eləcə də kənd təsərrüfatı şirkətlərinin etibarını və rəğbətini qazanan gubre.az aqrar ticarət şəbəkəsi də öz stendi ilə təmsil olunur. Bu il stenddə fermerlərə gubre.az-ın idxal etdiyi torpaq qoruyucu və yaxşılaşdırıcı vasitələr, gübrələr, müasir effektiv bitki mühafizə vasitələri, yüksək məhsuldarlığa malik pambıq, qarğıdalı, yonca və s. toxum sortları təqdim edilmişdir.

“Fermerin rəqəmsal dostu” gəlir!
gubre.az stendində ilk dəfə təqdim olunan “Agrohub” mobil platforması fermerlərin xüsusilə marağına səbəb olmuşdur. “Agrohub” mobil tətbiqi fermerləri, aqronomları, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçılarını bir araya gətirməklə sektorun daha da sürətli inkişafına töhfə verməyi hədəfləyir. Tətbiq fermerlərə aqronom məsləhəti və hava proqnozuna əsasən müvafiq avtomatlaşdırılmış tövsiyələr almaq, becərdiyi bitki növü ilə əlaqədar yaranmış suallarına cavab tapmaq, maarifləndirici materialları daha asan və sürətli əldə etmək, yetişdirdiyi məhsulları satışa çıxarmaq, digər fermerlərlə asan əlaqə yaradaraq təcrübə paylaşımına dəstək olmaq və ya bundan yararlanmaq kimi imkanlar yaradır. Kənd təsərrüfatı sektoruna innovativ həllər gətirməyi hədəfləyən “Agrohub” mobil tətbiqi qısa zamanda fəaliyyət dairəsini bütün ölkə ərazisində genişləndirməyi hədəfləyir.

“Bildiyiniz kimi Cənab Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik” ili elan edilmişdir. Ekoloji vəziyyətin bütün dünyada getdikcə çətinləşdiyi, hava, su, torpaq resurslarının kirlənərək tədricən sıradan çıxmaqda olduğu indiki zamanda dövlətimizin bu sahəyə göstərdiyi bu diqqət təsadüfi deyil. Qida təhlükəsizliyinin və dayanıqlı inkişafın təmin edilməsi üçün təbii resursların qənaətlə istifadə edilməsi və hətta yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyır. Biz də bu axına qoşularaq və sosial məsuliyyətimizi dərk edərək, torpaq yaxşılaşdırıcı və su qaynaqlarından daha səmərəli istifadəyə şərait yaradacaq məhsullar təqdim edir, femerləri təbii resurslara qənaəti təbliğ edən maarifləndirici materiallarla təmin edirik. Bundan başqa yeni “Agrohub” platformamız vasitəsilə də fermerlərimizin müasir səmərəli və qənaətcil becərmə texnologiyalarını daha sürətlə öyrənib mənimsəməsinə nail olmağı hədəfləyirik”, - deyə şirkətin direktor müavini Anar Hüseynov bildirib.

Qeyd edək ki, gubre.az aqrar ticarət şəbəkəsi “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə məxsusdur. Şəbəkə gübrə, toxum və bitki mühafizə vasitələrinin, eləcə də suvarma sistemlərinin və s. kənd təsərrüfatı istehsal vasitələrinin idxalını, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsi vasitəsilə onminlərlə fermerə satışını həyata keçirir.
Əlaqə üçün qaynar xətt: 828
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
11 d. əvvəl
Kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib
-
24 d. əvvəl
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
-
41 d. əvvəl
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
- 47 d. əvvəl
-
56 d. əvvəl
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
-
1 saat əvvəl
Putinin nümayəndəsi: ABŞ ilə mümkün layihələrin dəyəri 14 trilyon dollardan çoxdur
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
Ən çox oxunanlar
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
Rəsmi məzənnələr açıqlandı
Nazirlikdə dövlət borcu yığıncağı
























