Trump-ın məsləhət şurasından 24 saatda 3 istefa
Amerikanın texnologiya nəhəngi "Intel" və idman məhsulları şirkəti "Under Armour"ın icraçı direktorları, ABŞ Prezidenti Donald Trumpa müşavirlik edən "Amerika Sənaye Şurasından" çıxdıqlarını açıqlayıblar.
"Marja" xəbər verir ki, Şuradan ölkədə həftə sonunda baş verən zorakılıq hadisələrinin ardından istefa edən icraçı direktor sayı 3-ə çatıb.
"Intel"in İcraçı direktoru Brayan Krzanich və "Under Armour"ın İcraçı direktoru Kevin Plank, Trumpın iş dünyası ilə fikir mübadiləsi aparmaq üçün qurduğu "Amerika Sənaye Şurası"ndan çıxan son iş dünyası nümayəndələri olublar.
Krzanich, etdiyi yazılı açıqlamada, "Qütübləşmiş siyasi iqlimin, Amerikan sənayesindəki zəifləmə da daxil olmaqla əhəmiyyətli məsələlərə zərər verdiyinə diqqəti çəkmək üçün istefa etdim" -ifadəsini istifadə edib.
Plank isə "Twitter"də, "Under Armour" yaradıcılıq və idmanla məşğul olur, siyasətlə deyil. Şurada olmaq xoş oldu, ancaq çıxmaq qərarı verdim"-deyə yazıb.
Ötən həftənin sonu Virciniya ştatının Charlottesville şəhərində ifrat millətçi amerikalıların etdiyi yürüş və qarşı qrupların aksiyaları zamanı zorakılıq hadisələri baş vermişdi. Hadisələrdən sonra şuradan ilk çıxmaq qərarı, Amerikan dərman istehsalçısı "Merck"in İcraçı direktoru Kennet Frazier tərəfindən verilmişdi.
Şuradakı tək qara dərili iş dünyası nümayəndəsi olan Frazier, müşavirlik vəzifəsindən ifrata və dözümsüzlüyə qarşı çıxmaq məsələsində hiss etdiyi şəxsi məsuliyyətə görə çıxdığını bildirmişdi. Frazier, Trumpın şiddət hadisələrini pisləyərkən, irqçilərdən birbaşa olaraq bəhs etməməsini tənqid etmişdi.
ABŞ Prezidenti Trump, Frazier-ın şuradan çıxmaq qərarına qısa müddət ərzində sosial mediadan reaksiya göstərərək, "Merck"in Kennett Frazierı, indi Sənaye Şurasından çıxdığına görə astronomik dərman qiymətlərini aşağı salmağa daha çox vaxtı olar. Merck yüksək dərman qiymətlərində liderdir. Həmçinin Amerikan məşğulluğunu xaricə aparır. Məşğulluğu geri gətir və dərmanların qiymətlərini aşağı sal". yazaraq tənqid etmişdi.
Trump, daha sonra Ağ Evdə etdiyi mətbuat açıqlamasında isə irqçi qrupları hədəf alaraq, "KKK (Ku Klux Klan), Nasist tərəfdarları, ağların üstün olduğunu düşünənlər və digər nifrət qrupları Amerika dəyərlərinin əksini müdafiə edirlər" demişdi.
Virciniya ştatının Charlottesville şəhərində həftə sonu ifrat millətçi Amerikalıların etdiyi yürüş və qarşı qrupların etiraz aksiyaları zamanı zorakılıq hadisələri baş vermişdi. Şəhərə fövqəladə hal elan edilməsinə səbəb olan hadisələrdə, həddindən artıq milliyyətçi 20 yaşlı bir adamın, maşınını qəsdən irqçilik əleyhdarlarının üstünə sürməsi nəticəsində bir nəfər həyatını itirmiş, bir çox adam yaralanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN











.jpg)








