S&P dekabrda FED-dən ilk faiz endirimini gözləyir
S&P Global Ratings-ə görə, ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) faiz dərəcəsini dekabr ayında azaltmağa başlayacaq.S&P Global Ratings-dən verilən açıqlamada, son iqtisadi məlumatlar və digər hadisələr ilə əlaqədar olaraq ABŞ üçün faiz proqnozlarına yenidən baxıldığı bildirilib.
Marja.az xəbər verir ki, açıqlamada, FED-in pul siyasətini yumşaltması üçün tələb olunan şərtlərin payızdan əvvəl meydana çıxmayacağının düşünüldüyü, FED-in faiz azaltma dövrünə dekabr ayında başlaya biləcəyinin gözlənildiyi bildirilib.
Açıqlamada, son həftələrdə açıqlanan məlumatların ABŞ iqtisadiyyatının birinci rübdə güclü canlandığını göstərdiyi, eyni zamanda, keçən ilki dezinflyasiya (inflyasiyanın yavaşlması) sürətinin də itdiyi qeyd edilib.
S&P Global Ratings-in açıqlamasında deyilir: "Biz indi inanırıq ki, FED aylıq baza inflyasiyanın yavaşladığını göstərən bir neçə ardıcıl məlumat görməsə, faiz dərəcələrini azaltmayacaq".
Açıqlamada bu il faiz dərəcələrinin aşağı salınmaması riskinin artdığına da diqqət çəkilərək, son inflyasiya məlumatlarında yüksələn sürprizlərə baxmayaraq, keçən ilki dezinflyasiya meylinin yenidən davam edəcəyinin düşünüldüyü ifadə edilib.
“Biz həmçinin FED-in yenidən faiz artımına başlamaq zərurətini hiss edəcəyini düşünmürük”, - deyə məlumatda bildirilir.
Aprelin 2-sində Amerika Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) faizlərini dəyişməyərək 5,25-5,50 faiz səviyyəsində sabit saxlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























