Ziraat Bank Azərbaycan ölkəmizin bankçılıq missiyasının ABŞ-yə ilk geniş işgüzar səfərində iştirak edib
22.04.2024-cü il tarixində Azərbaycanın Bankçılıq Missiyası çərçivəsində ABŞ-yə ilk işgüzar səfər təşkil olunub.
İşgüzar səfərdə “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr.Selçuk Demir də iştirak edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasının rəhbər nümayəndələrinin və bir sıra bankların sədrlərinin iştirak etdiyi səfər 25.04.2024-cü il tarixinədək davam edib.
Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyası və Amerika Birləşmiş Ştatları - Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ABŞ-yə baş tutan işgüzar səfərin əsas məqsədi hər iki ölkənin maliyyə sektoru üzrə tənzimləyici qurumları və kommersiya bankları arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə dəstək göstərməkdir. Azərbaycan bankçılıq missiyasının səfəri çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası, “Exim Bank” və “Bank of New York Mellon” kimi nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə olunub. Görüşlərdə qurumların təcrübələri, mümkün risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb. Həmçinin iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsində bank-maliyyə sektorunun rolunun önəmi vurğulanaraq əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
1 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
1 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
1 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
2 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır






















