Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qızılda yüksəlişlər nə vaxtadək davam edə bilər? - Unicapital-ın Direktoru cavablandırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılda yüksəlişlər nə vaxtadək davam edə bilər? - Unicapital-ın Direktoru cavablandırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son zamanlar qızıl qiymətlərində mühüm dalğalanmalar müşahidə olunur. Bu qeyri-sabitlik bizdə belə bir sual doğurur: Daha öncə görünməmiş bu yüksəlişlər nə ilə bağlıdır və nə vaxtadək  davam edə bilər?

Bu suala "Unicapital İnvestisiya Şirkəti"nin Direktoru Elmira Qəribova cavab verib:

- Tarix boyu qeyri-stabil maliyyə bazarları şəraitində ən yaxşı qoruyucu aktiv qızıl hesab edilib və çox güman ki, gələcəkdə də belə qalacaq. İnflyasiya və ya siyasi qeyri-sabitlik səbəbindən zamanla dəyərini itirə bilən valyutalardan fərqli olaraq, qızıl bir çox nəsillər boyu qorunub saxlanıla bilən maddi aktivdir.

Qızılın 2008-ci il maliyyə böhranı zamanı göstərdiyi nəticələri onun iqtisadi böhran dövründə “təhlükəsiz” aktiv olduğunu təsdiqləyib. Səhmlər və istiqrazlar kimi digər aktivlər əhəmiyyətli itkilərə məruz qalsa da, qızıl qiyməti nisbətən sabit qaldı və hətta yüksəldi.

2020-ci ildə pandemiyanın yaratdığı qeyri-müəyyənlik qızıl qiymətlərində növbəti artıma səbəb oldu. Bütün dünya üzrə mərkəzi banklar maliyyə bazarlarını sabitləşdirməyə və iqtisadi artımı stimullaşdırmağa yönəlmiş pul siyasəti yürüdürdülər.

Bu tədbirlər nəticəsində faiz dərəcələri tarixi minimuma enib və hökumətlər kütləvi fiskal stimullaşdırma tətbiq ediblər. Bu siyasətlər inflyasiya ilə bağlı narahatlıqları artıraraq, investorların dünya valyutalarının dəyərindəki mümkün azalmalara qarşı hedcinq aləti kimi qızıla müraciət etmələrinə səbəb olub.

Hazırda mərkəzi banklar aktiv şəkildə qızıl alışı həyata keçirir. Bu yaxınlarda Çində pərakəndə alıcılar da onlara qoşuldu, lakin qızıla təsir edən müvəqqəti dövri amilləri daha struktur amillərdən fərqləndirməliyik. Hesab edirəm ki, dünyada son zamanlar artan geosiyasi gərginliklər səbəbindən qızıl alışlarının artması istiqamətində struktur tendensiyası müşahidə olunur.

Mart ayı üçün gözləniləndən yüksək inflyasiya məlumatlarına baxmayaraq, bir çox analitiklər Federal Ehtiyat Sisteminin iyun ayında faiz dərəcələrini endirəcəyini gözləyirlər.

Bir çox investorlar daha böyük korreksiyanı gözlədikləri üçün mart ayında başlayan bu qiymət artımından öncə alış istiqamətli əməliyyatların açılmasından çəkindilər. Hazırda isə ən böyük problem enişi gözləyib, bazara yeni “giriş” nöqtəsini müəyyən etməkdir.

Ümumilikdə qlobal miqyasda qızıla artan maraq, müştəri portfellərimizə də təsirsiz ötüşməmişdir. Yaranan qiymət dəyişkənlikləri fonunda hazırda müştərilərimizin digər maliyyə alətləri ilə müqayisədə kəskin qızıl ticarətinə üstünlük verdiyini müşahidə edirik. Bütün bunlar eyni zamanda foreks ticarətində yeni investorların cəlbində də müsbət istiqamətdə öz əksini tapdı.

Elmira Qəribova Unicapital
29.04.2024 10:22

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ