Misin qiyməti 10 min dollara yüksəlib
Bir ton misin qiyməti 2022-ci ildən bəri ilk dəfə 10 min dollar səviyyəsini sınaqdan keçirib.Dünyada mədənlərinin "yaşıl" sənayelərdən gələn tələbi qarşılamaqda çətinlik çəkəcəyi ilə bağlı gözləntilər artdıqca, misin 1 tonunun qiyməti son 2 ildə ilk dəfə 10 min dollara çatıb.
Marja.az xəbər verir ki, mis Londonda yenidən beş rəqəmli səviyyəyə qalxıb.
Yeni mis mədənlərinin açılmasını təşviq etmək üçün misin daha da bahalaşmasına ehtiyac olduğu bildirilir. "BlackRock World Mining Fund"u idarə edən Olivia Markhamın sözlərinə görə, yeni mədənlərə irimiqyaslı investisiyaların sərfəli olması və gələcək çatışmazlığın qarşısının alınması üçün bir ton misinin qiyməti 12 min dollara çatmalıdır.
Bazar oyunçuları tələbin artması ilə bağlı optimistdirlər, çünki elektrik nəqliyyat vasitələrində, bərpa olunan enerji mənbələrində və genişləndirilən elektrik şəbəkələrində istifadə üçün qarşıdakı illərdə milyonlarla ton yeni tədarük tələb olunacaq və iri mədənlərin tikintisi və ya genişləndirilməsi daha bahalı olacaq.
Mis qiymətləri bu il 17 faiz artıb.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
3 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
4 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib

























