Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Gardashlar Mebel" Azərbaycana metal-mebel idxalına qarşı yerli istehsala çağırış edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gardashlar Mebel" Azərbaycana metal-mebel idxalına qarşı yerli istehsala çağırış edir

 

"Gardashlar Mebel" Azərbaycana metal-mebel idxalına qarşı yerli istehsala çağırış edir.

Reklam_3_11

Şirkətin yaydığı məlumatda bildirilir:

Azərbaycanda son illər metal-mebel idxalında böyük artım müşahidə olunur. Təkcə, 2023-cü ildə Azərbaycana metal mebellər idxalı 5 milyon manatı ötmüşdür. Bu vəziyyət qarşısında yerli istehsalı təşviq etmək və Azərbaycan iqtisadiyyatını gücləndirmək üçün biz yerli metal mebel istehsalçıları olaraq Azərbaycanın öz istehsalı olan metal mebellərdən faydalanmasını təklif edirik. İnanırıq ki, bu addım Azərbaycanın iqtisadi müstəqilliyinə və yerli sənayesinin inkişafına dəstək olacaq. Gardashlar Mebel olaraq Sifarişçiləri bu addımın Azərbaycan iqtisadiyyatına müsbət təsirlərini görmək üçün birlikdə hərəkət etməyə dəvət edirik.

Yerli istehsalın təşviqi Azərbaycan iqtisadiyyatına çoxlu faydalar gətirə bilər. Bunlara yerli iş imkanlarının artırılması, xarici ticarət balansının yaxşılaşdırılması, vergi daxilolmalarının artırılması və iqtisadi sabitliyin möhkəmləndirilməsi daxildir.

Gardashlar Mebel olaraq Azərbaycanın metal - mebel idxalına qarşı yerli istehsalın əhəmiyyətini vurğulamaq istərdik. Eyni zamanda, fabrikimizdə metal-mebel istehsalı üzrə ixtisaslaşmış bir komandanın olması ilə yerli istehsalın gücünü önə çıxarmaq bizim üçün qürurludur. Metal masalar, şkaflar, anbar stellajları, tullantı qabları, iş dəzgahları, hərəkətli fayl dolabları, odadavamlı seyflər, qapılar və s. metal mebel məhsullarımız var. Müasir dizayn yanaşmamız, erqonomik xüsusiyyətlərimiz və davamlı materiallarla müştərilərimizə həm estetik, həm də praktik həllər təqdim edirik.Fabrikimiz metal mebel istehsalı üzrə  müasir avadanlıqlarla təchiz edilmişdir. Təcrübəli komanda və texnologiyaya sərmayə qoyaraq yüksək keyfiyyətli metal mebel istehsalını təmin edirik. Hər mərhələdə keyfiyyətə nəzarət edərək müştərilərimizə etibarlı və davamlı məhsullar təqdim etməyi hədəfləyirik.

Çağırışımızın məqsədi yerli istehsalın və metal mebel sənayesinin inkişafına töhfə verməkdir. Sizlərlə birgə əməkdaşlıq və tərəfdaşlıq imkanları vasitəsilə güclü gələcək qurmağı səbirsizliklə gözləyirik.

 

metal-mebel idxal GardashlarMebel Metal masalar şkaflar anbar stellajları tullantı qabları iş dəzgahları hərəkətli fayl dolabları odadavamlı seyflər qapılar
17.04.2024 11:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ