“Bank Respublika”-ya yeni sədr təyin olunub
“Bank Respublika” ASC-də kadr dəyişikliyi baş verib.
“Marja”nın sorğusuna cavab olaraq Bankdan bildirilib ki, 3 yanvar 2017-ci il tarixində bankın Müşahidə Şurasının növbədənkənar iclasının qərarına əsasən, Müşahidə Şurasının üzvü Asəf Namazov Bankın İdarə Heyətinə sədr təyin olunub.
Keçmiş İdarə Heyətinin sədri Xədicə Həsənovanın isə Bankda fəaliyyətini Müşahidə Şurasında davam etdirəcəyi planlaşdırılır.
Asəf Namazov 1991-ci ildə Gəncə şəhəri Kənd Təsərrüfatı Akademiyasını bitirib. 2004-2009-cu illərdə Bank Respublikada fəaliyyətinə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində başlayıb. 2009-cu ildən Bankın Müşahidə şurasının üzvü idi.
Xədicə Həsənova 2000-ci ildə ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Əlaqələr” fakültəsinndə ali təhsil alıb. 2006-cı ildə İsveçrənin Lozanna universitetində, Menecmentin İnkişafı İnstitutunu (IMD) MBA proqramı üzrə bitirib. O, 2006-cı ildən etibarən Bank Respublika-da İdarə Heyətinin Sədri idi.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 18 d. əvvəl
-
23 d. əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
-
- 27 d. əvvəl
-
32 d. əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 33 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib






















