Bütün taksitli kredit kartlar bir platformada - ELEKTRON TİCARƏTDƏ YENİLİK
(®) Epoint.az KOS müştəriləri üçün innovativ həllini - Bizneslər üçün Taksitli kredit kartları ilə ödəniş həllini təqdim edir. Epoint-in Azərbaycanda e-ticarət məhsullarının rəqəmsal inkişafı və təşviqi üzrə tərəfdaşı rəqəmsal ödənişlər sənayesində dünya lideri Visa şirkətidir.
Epoint Inc. elektron ticarət ilə məşğul olan biznes sahibləri üçün vahid bir platforma üzərindən, bazarda olan bütün taksitli kredit kartlarını birləşdirən satış həllini təqdim edir. Epoint platforması üzərindən, istənilən məhsulu və ya xidməti taksitli kredit kartları vasitəsi ilə aylara bölərək müştərilərə satış etmək mümkündür. Bunun üçün Epoint müştəriləri şəxsi kabinetlərində təqdim olunan kartlar üzrə kredit müddətini seçərək müştəriləri üçün anında xidməti təqdim edə bilərlər.

Bu xidmət həm saytı və mobil tətbiqi olan müştərilər üçün API inteqrasiya üzərindən, həm də heç bir resursu olmayan kiçik müştərilər üçün, Epoint-in təqdim etdiyi “Biznes Səhifə” üzərindən təqdim oluna bilər.
Kiçik bizneslərin saytı və ya mobil tətbiqi olmadığı üçün, bunların hazırlanması və banklar ilə inteqrasiyası kifayət qədər xərc tələb etdiyinə görə, Epoint onlara sadə və tez üsul ilə bu xidmətlərin alınması üçün və satışlarını artıra biləcək bir xidməti özündə birləşdirib.

Hazırda Epoint platformasında 900-dən çox biznes müştəri var. Bu müştərilərə taksitli satış xidməti dərhal təqdim olunaraq məhsullarını kredit ilə öz müştərilərinə təqdim edərək, satlşlarını kəskin artıra biləcəklər. Həmçinin yeni müştərilərə bu xidmət bir qeydiyyat və bir müqavilə imzalamaqla təqdim olunur. Müqavilə ASAN İmza ilə imzalandığı üçün, taksitli ödənişlərin aktivasiyası 3 dəqiqə ərzində baş verir.
Hazırda ABB Bankın “Tamkart” və Kapital Bankın “Birkart” məhsulları üzrə taksitli ödənişləri qəbul etmək mümkündür. Yaxın zamanda, digər bankların kredit kartları da inteqrasiya olunaraq müştərilərə təqdim olunacaq.
Bizim təqdim etdiyimiz “Taksitli ödənişlər” həlli, yeni məhsulların və texnoloji imkanların köməyi ilə biznesin daha da rəqəmsallaşmasına və bununla da ölkənin rəqəmsal biznes mühitinin daha da böyüməsinə töhfə verəcək. Əminik ki, platformada təqdim olunan rəqəmsal məhsulların köməyi ilə, biz biznesin onlayn rejimdə aparılması prosesini sürətləndirə, müştərilərin satışlarını artıra və ölkədə nağdsız ödənişlərin artımını stimullaşdıra biləcəyik”, - Epoint startapının təsisçisi və direktoru Zeynal Kərimzadə bildirib.

Epoint Azərbaycandan 500 Global beynəlxalq akselerasiya proqramına seçilən və investisiya cəlb edən ilk Fintex şirkətidir.
Platforma haqqında sizi maraqlandıran bütün məlumatları +99470 242 99 66 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.
Rəsmi internet saytı - https://epoint.az
Email - [email protected]
Epoint.az sosial şəbəkələrdə
Facebook- https://www.facebook.com/epoint.az
İnstagram- https://www.instagram.com/epoint.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 26 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 54 d. əvvəl
-
59 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
















.jpg)






